Sirus Xudadat oğlu Təbrizli 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycan siyasəti və jurnalistikasında mühüm fəaliyyət göstərmiş simalardan biri kimi tanınıb. Sirus Təbrizli uzun illər ictimai-siyasi və media sahəsində çalışaraq ölkənin informasiya siyasətinin formalaşmasına töhfə verib.
O, Azərbaycan Milli Məclisinin I çağırışında (1995–1998) və II çağırışında (2000–2005) deputat kimi fəaliyyət göstərib. 1997–2000-ci illərdə Azərbaycanın mətbuat və informasiya naziri vəzifəsini icra edən Sirus Təbrizli həmin dövrdə media sahəsində aparılan islahatlarda iştirak edib.
Sirus Təbrizli həmçinin Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri olub və ölkənin siyasi həyatında fəal rol oynayıb.
Azərbaycanın tanınmış siyasətçisi və jurnalisti 7 sentyabr 2013-cü ildə Nabran qəsəbəsində vəfat edib. Onun fəaliyyəti Azərbaycan siyasi və media tarixində yadda qalan səhifələrdən biri hesab olunur.

