Əliağa Eyvaz oğlu Quliyev 9 may 1917-ci ildə Bakıda anadan olub.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələrindən biri kimi tanınıb və tarzən sənətinin inkişafında mühüm rol oynayıb.
Uzun illər ərzində milli musiqi ənənələrinin yaşadılması və təbliği istiqamətində fəaliyyət göstərən Əliağa Quliyev öz ifaçılıq üslubu ilə musiqisevərlərin rəğbətini qazanıb. Onun sənət fəaliyyəti Azərbaycan muğam və xalq musiqisinin inkişafına böyük töhfə verib.
Görkəmli tarzən xidmətlərinə görə “Azərbaycanın xalq artisti” fəxri adına layiq görülüb. Musiqi sahəsində yetişdirdiyi sənətkarlar və yaratdığı ifa ənənələri ilə yadda qalan Əliağa Quliyev milli musiqi mədəniyyətində xüsusi yer tutur.
Əliağa Quliyev 11 yanvar 1998-ci ildə Bakıda vəfat edib. Onun adı Azərbaycan musiqi tarixində hörmətlə xatırlanır.

