Bəzi qidalar orqanizmin daha tez qocalmasına səbəb olur.
“Tehsil365” "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı diyetoloq və endokrinoloq Anastasiya Çernıx danışıb.
Onun sözlərinə görə, gəncliyini qorumaq istəyənlər üçün ən zərərli məhsullar yüksək şəkər tərkibli qidalardır.
“Şəkərin orqanizmi sürətlə qocaltdığı artıq sübut olunub. Bundan əlavə, o xroniki stressə də səbəb olur. Şirin qidalar insulin səviyyəsini artırır, buna cavab olaraq isə stress hormonu olan kortizol ifraz edilir”, - deyə həkim bildirib.
Endokrinoloq qeyd edib ki, bu vəziyyət davamlı yorğunluq və xroniki stress yaradır.
Həkim şirniyyatları şəkərsiz fitnes batonları ilə əvəz etməyi də məsləhət görməyib. Onun sözlərinə görə, bu məhsullarda şəkərin yerinə çox vaxt fruktoza istifadə olunur. Fruktozanın həddindən artıq qəbulu artıq çəkiyə və qaraciyərin piylənməsinə səbəb ola bilər.
O əlavə edib ki, yağlı yeməklər və yüksək temperaturda qızardılmış qidalar da qocalmanı sürətləndirir. Həkimin sözlərinə görə, qızartma zamanı yaranan qlikasiya məhsulları böyrəklərə, damarlara və ürəyə zərər verir, həmçinin qırışların yaranmasını sürətləndirir,

