Arxeoloqlar Belçikada V əsrə aid məzarlıqdan tapılan çantanın içindəki artefaktları araşdırıblar.
“Tehsil365” xəbər verir ki, bu barədə "Arkeonews" jurnalı məlumat yayıb.
Məlumata görə, nadir tapıntılar qədim Roma dövründə sikkə tədarükü dayandırıldıqdan sonra malların ödəniş üsullarını aşkar edə bilər.
"A-104" məzarlığı kimi tanınan dəfn yeri 1960-cı illərdə aşkar edilib, lakin artefaktların ətraflı təhlili bu yaxınlarda aparılıb.
Dəfn edilən kişinin kəmərinə bərkidilmiş çantada təkcə onun dövründən qalma sikkələr deyil, həm də xeyli qədim nümunələr var. Ən qədim sikkə II Valentinin hakimiyyəti dövrünə (388-402-ci illər) aiddir.
Sikkələrdən əlavə, çantada bürünc və mis əşyalar da olub. Alimlər bu artefaktların metal qırıntıları kimi deyil, dəyər ekvivalenti kimi toplandığını ehtimal edirlər.

