Təhsil 365 - Logo Mobile

Akademik: Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir

10309.05.2026 - 09:00
Akademik: Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir

Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunur. Heydər Əliyev adı Azərbaycan tarixində dövlətçilik, sabitlik, uzaqgörənlik, qətiyyət, milli maraqlara sədaqət və məsuliyyət anlayışları ilə bütöv bir sistem təşkil edir. O, mürəkkəb tarixi məqamlarda xalqın iradəsini dövlətçilik fəlsəfəsinə çevirə bilən nadir liderlərdən idi. Ümummilli Liderin idarəçilik məktəbi müstəqil dövlətin necə qurulmalı, necə qorunmalı və necə inkişaf etdirilməli olduğunu parlaq şəkildə göstərir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli maraqlara söykənən idarəçilik ənənəsi formalaşdırılıb. Ordu quruculuğu, iqtisadi islahatlar, hüquqi dövlətçilik prinsipləri, beynəlxalq nüfuz və dövlət müstəqilliyinin dönməzliyi təmin olunub.

“Tehsil365” xəbər verir ki, bu fikirlər AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Ümummilli Liderin ekoloji siyasəti” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik.

Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir. Heydər Əliyev Azərbaycanın təbiətini, meşələrini, su ehtiyatlarını, bioloji müxtəlifliyini xalqın milli sərvəti kimi dəyərləndirirdi. 1970-ci illərin əvvəllərindən başlayaraq ölkənin təbii ehtiyatlarının qorunması, nəsli kəsilmək təhlükəsi altında olan növlərin qorunması, reintroduksiyası, yeni yaşıl massivlərin və meşə zolaqlarının salınması geniş vüsət almışdı. 1969-1982-ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair 8 mühüm qanun, həmçinin Azərbaycan KP MK və Nazirlər Sovetinin 32 qərarı qəbul olunmuşdu. 1977-ci ildə “Qırmızı kitab”ın təsis edilməsini də məhz həmin dövrün mühüm nailiyyətlərindən biri hesab etmək olar. Baş Mil-Muğan kollektorunun yenidən qurulması, Kür-Araz düzənliyində 280 min hektar sahənin əkinəyararlı vəziyyətə gətirilməsi, suvarılan sahələrin 270 min hektar artırılaraq 1,45 milyon hektara çatdırılması aparılan siyasətin miqyasını açıq göstərir.

Həmin illərdə Şirvan, Ağgöl, İsmayıllı qoruğunda və Bəsitçay çinar meşəsində təbiət incilərinin qorunması dövlət səviyyəsində təmin edilmişdi. 1969-1982-ci illərdə dövlət meşə fondu torpaqlarında 51 min hektar sahədə yeni meşəliklər salınmışdı. Bakı şəhərində adambaşına düşən yaşıl sahənin 1970-ci ildə 6,5 kvadratmetrdən 1975-ci ildə 17,5 kvadratmetrə çatdırılması Heydər Əliyevin yaşıllaşdırma siyasətinin real nəticələrindən idi.

Ulu Öndərin ekoloji baxışı şəhərsalma ilə birbaşa bağlı idi. Bakının, eləcə də digər şəhərlərimizin abadlaşdırılması, yaşıllaşdırılması, su təminatı, kanalizasiya, meliorasiya və nəqliyyat infrastrukturu ilə bağlı addımlar məhz bu baxışın tərkib hissəsi idi.

1993-cü ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitliyin bərpa olunması ekoloji və institusional siyasətin yenidən sistemli şəkildə qurulmasına imkan yaratdı. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması, biomüxtəlifliyin və ətraf mühitin qorunması sahəsində beynəlxalq konvensiyaların imzalanması və milli strategiyaların qəbulu bu kursun davamı oldu. Bu gün Azərbaycanın yaşıl enerji, ekoloji dayanıqlılıq və iqlim diplomatiyası sahəsində qazandığı uğurlar məhz həmin strateji xəttin üzərində yüksəlir. Ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsi də Azərbaycanın qlobal iqlim gündəliyində etibarlı tərəfdaş olduğunu təsdiqlədi.

Heydər Əliyev irsini daim öyrənmək, elmi baxımdan təhlil etmək, gənc nəslə çatdırmaq və həyatımızın müxtəlif sahələrində tətbiq etmək lazımdır. Dövlətçilikdə, elm və təhsildə, gənclər və qadın siyasətində, ekologiyada və şəhərsalmada Ulu Öndərin müəyyənləşdirdiyi yol bu gün də Azərbaycanı irəli aparan başlıca istiqamətlərdir. Bu yol həm tarixdir, həm məktəbdir, həm də gələcəyə aparan sağlam strateji xəritədir.

Anadan olmasının 103-cü ildönümündə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri qarşısında baş əyirik. Əminik ki, Heydər Əliyev ideyaları Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik ənənəsində və gələcək nəsillərin fəaliyyətində daim yaşayacaq.

Zəhra Əliyeva

Xəbər Lenti

Sabah hava əsasən yağmursuz olacaq09.05.2026 - 10:10
Süni intellekt uzun mətnlərdə düşünmə qabiliyyətini itirir - Yeni araşdırma09.05.2026 - 09:56
Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub09.05.2026 - 09:45
Pakistan–Azərbaycan şəhərsalma və davamlı inkişaf dialoqu keçirilib09.05.2026 - 09:37
Türkiyədə Azərbaycan Kino Günləri davam edir09.05.2026 - 09:25
Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub09.05.2026 - 09:20
Ulu Öndərin ildönümü ilə əlaqədar hərbi liseylərə mediaturlar təşkil edilib09.05.2026 - 09:05
V əsrə aid məzarlıqdan tarixi artefaktlar tapılıb09.05.2026 - 08:50
LDU-da Ümummilli lider Heydər Əliyev anılıb 09.05.2026 - 08:35
ADU-da “Roadmap” dərsliyinin təqdimatı keçirilib09.05.2026 - 08:22
Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb09.05.2026 - 08:05
Azərbaycan Tibb Universiteti ilə Yozqat Bozok Universiteti arasında memorandum imzalanıb09.05.2026 - 07:50
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib09.05.2026 - 07:37
Günün havası- 27 dərəcə isti 09.05.2026 - 07:17
Karyera texnologiyalarının təhsil proqramlarında rolu artırılır09.05.2026 - 07:00
Orta və lisey şagirdlərinin riyaziyyat problemləri narahatlıq doğurur09.05.2026 - 06:36
“Biz bunu sevgi ilə etməliyik”: məktəb direktoru şagirdlərdə mənsubiyyət hissini gücləndirir09.05.2026 - 06:18
Tarixi Oksford kinoteatrının bağlanmaq təhlükəsi yaranıb09.05.2026 - 06:00
“Neftçi” 2004-cü ildə Azərbaycan Kubokunun sahibi olub09.05.2026 - 05:42
Şuşanın işğalı Azərbaycan tarixinin ən ağır səhifələrindən biri kimi xatırlanır09.05.2026 - 05:18
Milli Qəhrəman Mehman Sayadov Vətən uğrunda canından keçən igidlərdən biri kimi anılır09.05.2026 - 05:06
Arif Məlikov Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi kimi yadda qalıb09.05.2026 - 04:42
Xalq artisti Süleyman Nəcəfov Azərbaycan teatr və kino sənətində yadda qalan sənətkar olub09.05.2026 - 04:36
Xalq artisti Əliağa Quliyev Azərbaycan musiqi tarixində silinməz iz qoyub09.05.2026 - 04:18
Sirus Təbrizli: Azərbaycan siyasəti və mediasında iz qoyan şəxsiyyət09.05.2026 - 04:00
WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək08.05.2026 - 19:55
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub08.05.2026 - 19:46
Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib08.05.2026 - 19:38
Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob08.05.2026 - 19:34
Müasir Azərbaycanın memarına ehtiram08.05.2026 - 19:25
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb08.05.2026 - 19:16
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 19:08
Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR08.05.2026 - 19:00
Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT08.05.2026 - 18:55
Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış08.05.2026 - 18:54
“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir08.05.2026 - 18:50
Ölkə birinciləri təəssüratlarını bölüşdülər... 08.05.2026 - 18:45
Ulu Öndər Heydər Əliyev elm və təhsilin inkişafında mühüm rol oynayıb08.05.2026 - 18:44
Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib08.05.2026 - 18:40
Seyid Əzim Şirvaniyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib08.05.2026 - 18:36
"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi08.05.2026 - 18:35
Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI08.05.2026 - 18:30
ADA Universitetində “MyLibAI” kitabxana informasiya axtarış platformasının təqdimatı olub08.05.2026 - 18:28
Sabah 27 dərəcə isti gözlənilir08.05.2026 - 18:25
Buraxılış imtahanının nəticələri açıqlandı08.05.2026 - 18:20
“MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil edilib08.05.2026 - 18:16
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər08.05.2026 - 18:15