Təhsil 365 - Logo Mobile

Türkiyədə Azərbaycan Kino Günləri davam edir

10209.05.2026 - 09:25
Türkiyədə Azərbaycan Kino Günləri davam edir

Türkiyənin İzmir və Bursa şəhərlərində Azərbaycan Kino Günləri davam edir. Filmlərimizin növbəti nümayişi Bursa şəhərində başlayıb.

“Tehsil365” xəbər verir ki, Bursada Azərbaycan Kino Günlərinin açılışı olub.

Şəhərin Osmanqazi Sənət Mərkəzində keçirilən tədbirdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Bursanın dövlət qurumlarının rəhbərləri, Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri, şəhərin mədəniyyət-incəsənət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbirdən əvvəl Osmanqazi Sənət Mərkəzinin foyesində sərgilənən, bursalı məktəblilərin Azərbaycanla bağlı çəkdikləri rəsmlərə baxış keçirilib. Azərbaycanın rəsmlərdə əks etdirilən mədəniyyəti, tarixi abidələri ilə bağlı ziyarətçilərə məlumat verilib.

Azərbaycan Kino Günlərinin açılış mərasimində çıxış edən Bursa şəhər Mədəniyyət Turizm İdarəsinin rəhbəri Kamil Özer ölkələrimiz arasındakı tarixi qardaşlıq bağları haqqında danışıb, layihənin qarşılıqlı olaraq mədəniyyətimizin, o cümlədən yeni filmlərimizin daha yaxından tanınması baxımından əhəmiyyətini vurğulayıb.

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti, bu mirasın Türkiyədə daha yaxından tanıdılması məqsədilə həyata keçirilən layihələr, eləcə də qardaşlıq münasibətlərimizdən danışıb.

O, Türkiyənin mühüm mədəniyyət və turizm şəhərlərindən olan İzmir və Bursada Azərbaycan mədəniyyətinin, kinosunun təbliğindən bəhs edib, bu tədbirlər çərçivəsində mərkəzi kino salonları ilə yanaşı universitetlərdə də ekran əsərlərimizin nümayiş etdirildiyini, filmlərdə rol alan artistlərimizlə görüşlər keçirildiyini bildirib.

Azərbaycanın Xalq artisti, professor Cahangir Novruzov və Bursa Azərbaycan Dərnəyinin rəhbəri Lətifə Nağdəliyeva çıxışlarında Azərbaycan xalqının zəngin mədəni irsi və güclü sənət ənənələri ilə Türk dünyasının ortaq mədəni xəzinəsinə mühüm töhfələr verdiyini qeyd ediblər.

Sonra rejissor İlqar Nəcəfin “Buta” filmi nümayiş etdirilib.

Film Azərbaycanın kənd mühitində yaşayan, tənha və xəyalpərəst bir uşaq olan Butanın həyatını, onun daxili aləmini, təbiətlə münasibətini və cəmiyyətə uyğunlaşma çətinliklərini sadə, lakin dərin məna çalarları ilə təqdim edir.

Film izləyicilər tərəfindən maraqla və alqışlarla qarşılanıb.

Zəhra Əliyeva

Xəbər Lenti

Bu gün faşizm üzərində qələbənin ildönümüdür09.05.2026 - 11:35
WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün təlim keçirilib09.05.2026 - 11:25
Ümummilli Liderin Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol birinciliyi başa çatıb09.05.2026 - 11:10
BSU-da "Yeni dövrün Azərbaycanı" beynəlxalq elmi konfransı keçirilib09.05.2026 - 10:56
Azərbaycan Tibb Universiteti ilə Yozqat Bozok Universiteti arasında memorandum imzalanıb09.05.2026 - 10:50
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə tamaşa təqdim edəcək09.05.2026 - 10:35
Sabah hava əsasən yağmursuz olacaq09.05.2026 - 10:10
Süni intellekt uzun mətnlərdə düşünmə qabiliyyətini itirir - Yeni araşdırma09.05.2026 - 09:56
Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub09.05.2026 - 09:45
Pakistan–Azərbaycan şəhərsalma və davamlı inkişaf dialoqu keçirilib09.05.2026 - 09:37
Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub09.05.2026 - 09:20
Ulu Öndərin ildönümü ilə əlaqədar hərbi liseylərə mediaturlar təşkil edilib09.05.2026 - 09:05
Akademik: Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir09.05.2026 - 09:00
V əsrə aid məzarlıqdan tarixi artefaktlar tapılıb09.05.2026 - 08:50
LDU-da Ümummilli lider Heydər Əliyev anılıb 09.05.2026 - 08:35
ADU-da “Roadmap” dərsliyinin təqdimatı keçirilib09.05.2026 - 08:22
Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb09.05.2026 - 08:05
Azərbaycan Tibb Universiteti ilə Yozqat Bozok Universiteti arasında memorandum imzalanıb09.05.2026 - 07:50
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib09.05.2026 - 07:37
Günün havası- 27 dərəcə isti 09.05.2026 - 07:17
Karyera texnologiyalarının təhsil proqramlarında rolu artırılır09.05.2026 - 07:00
Orta və lisey şagirdlərinin riyaziyyat problemləri narahatlıq doğurur09.05.2026 - 06:36
“Biz bunu sevgi ilə etməliyik”: məktəb direktoru şagirdlərdə mənsubiyyət hissini gücləndirir09.05.2026 - 06:18
Tarixi Oksford kinoteatrının bağlanmaq təhlükəsi yaranıb09.05.2026 - 06:00
“Neftçi” 2004-cü ildə Azərbaycan Kubokunun sahibi olub09.05.2026 - 05:42
Şuşanın işğalı Azərbaycan tarixinin ən ağır səhifələrindən biri kimi xatırlanır09.05.2026 - 05:18
Milli Qəhrəman Mehman Sayadov Vətən uğrunda canından keçən igidlərdən biri kimi anılır09.05.2026 - 05:06
Arif Məlikov Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi kimi yadda qalıb09.05.2026 - 04:42
Xalq artisti Süleyman Nəcəfov Azərbaycan teatr və kino sənətində yadda qalan sənətkar olub09.05.2026 - 04:36
Xalq artisti Əliağa Quliyev Azərbaycan musiqi tarixində silinməz iz qoyub09.05.2026 - 04:18
Sirus Təbrizli: Azərbaycan siyasəti və mediasında iz qoyan şəxsiyyət09.05.2026 - 04:00
WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək08.05.2026 - 19:55
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub08.05.2026 - 19:46
Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib08.05.2026 - 19:38
Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob08.05.2026 - 19:34
Müasir Azərbaycanın memarına ehtiram08.05.2026 - 19:25
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb08.05.2026 - 19:16
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 19:08
Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR08.05.2026 - 19:00
Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT08.05.2026 - 18:55
Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış08.05.2026 - 18:54
“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir08.05.2026 - 18:50
Ölkə birinciləri təəssüratlarını bölüşdülər... 08.05.2026 - 18:45
Ulu Öndər Heydər Əliyev elm və təhsilin inkişafında mühüm rol oynayıb08.05.2026 - 18:44
Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib08.05.2026 - 18:40
Seyid Əzim Şirvaniyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib08.05.2026 - 18:36
"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi08.05.2026 - 18:35