Təhsil 365 - Logo Mobile

BSU-da "Yeni dövrün Azərbaycanı" beynəlxalq elmi konfransı keçirilib

8109.05.2026 - 10:56
BSU-da "Yeni dövrün Azərbaycanı" beynəlxalq elmi konfransı keçirilib

Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Yeni dövrün Azərbaycanı" beynəlxalq elmi konfransı keçirilib.

“Tehsil365" xəbər verir ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, millət vəkili Rizvan Nəbiyev və Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru Bahodir Xolikov iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BSU-nun rektoru Anar Nağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik irsinin öyrənilməsinin müasir Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, konfrans uzun illərdir Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin elmi əsaslarla tədqiqinə xidmət edir və 2024-cü ildən etibarən “Yeni dövrün Azərbaycanı” şüarı altında fəaliyyətini davam etdirir.

A. Nağıyev bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın yeni inkişaf mərhələsi ilə bağlı müəyyən etdiyi strateji hədəflər ali təhsil müəssisələrinin qarşısında da mühüm vəzifələr müəyyənləşdirir. O, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yeni geosiyasi reallıqlar, bütöv və güclü Azərbaycan konsepsiyası kimi məsələlərin konfransın əsas müzakirə mövzularından olduğunu diqqətə çatdırıb.

Rektor, həmçinin konfransın beynəlxalq və regional miqyasda genişləndirildiyini, son illərdə “Yeni dövrün Azərbaycanı” mövzusunda minlərlə məktəbli və gəncin iştirakı ilə seminarların keçirildiyini, eləcə də xarici ölkələrdə “Azərbaycan – etibarlı tərəfdaş” mövzusunda seminar və təqdimatların təşkil olunduğunu vurğulayıb.

Çıxışının sonunda A. Nağıyev Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının bu gün də dövlətçiliyin əsas dayağı olduğunu qeyd edərək, gənc nəslin milli dəyərlərə sadiq vətəndaşlar kimi formalaşdırılmasının ali təhsil müəssisələrinin əsas missiyalarından biri olduğunu bildirib.

Millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında qeyd edib ki, tələbələri bu yeni dövrün reallıqları barədə məlumatlandırmaq və onlara Heydər Əliyev irsini dərindən aşılamaqgünümüzün ən mühüm vəzifələrindən biridir.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru Mahirə Hüseynova bölmə iclaslarının əhəmiyyətinə toxunaraq, bu müzakirələrin Ulu Öndərin zəngin irsinin elmi əsaslarla öyrənilməsində mühüm rol oynadığını vurğulayıb.

Millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan bəhs edərək Heydər Əliyev irsini "dərin birdəryaya" bənzədib və bu dahi şəxsiyyətin dövlətçilik fəlsəfəsinin milli tərəqqinin sarsılmaz təməli olduğunu vurğulayıb.

Millət vəkili Rizvan Nəbiyev isə Ulu Öndərin ölkəninən çətin dövrlərində qəbul etdiyi strateji qərarlarıntarixi əhəmiyyətindən söz açıb. O, dahi şəxsiyyət tərəfindən qəbul edilən Konstitusiyanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün suveren Azərbaycan ərazilərində uğurla tətbiq olunduğunu qeyd edib.

Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru Bahodir Xolikov çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəm təməllərinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu dostluqəlaqələrinin sarsılmaz və əbədi xarakter aldığını vurğulayıb.

Konfransda videomüraciəti nümayiş olunan Qazi Universitetinin rektoru Uğur Ünal Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, dahi rəhbərin Azərbaycan-Türkiyə qardaşlığına verdiyi böyük önəmi xüsusi vurğulayıb.

Rəsmi hissə bitəndən sonra tədbir bədii hissə ilə davam edib.


Nərmin Mustafayeva

Xəbər Lenti

Özünü ifadə edə bilməmək hansı problemlərə səbəb olur?- Nizami Orucov09.05.2026 - 12:00
Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər09.05.2026 - 11:45
Bu gün faşizm üzərində qələbənin ildönümüdür09.05.2026 - 11:35
WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün təlim keçirilib09.05.2026 - 11:25
Ümummilli Liderin Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol birinciliyi başa çatıb09.05.2026 - 11:10
Azərbaycan Tibb Universiteti ilə Yozqat Bozok Universiteti arasında memorandum imzalanıb09.05.2026 - 10:50
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə tamaşa təqdim edəcək09.05.2026 - 10:35
Sabah hava əsasən yağmursuz olacaq09.05.2026 - 10:10
Süni intellekt uzun mətnlərdə düşünmə qabiliyyətini itirir - Yeni araşdırma09.05.2026 - 09:56
Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub09.05.2026 - 09:45
Pakistan–Azərbaycan şəhərsalma və davamlı inkişaf dialoqu keçirilib09.05.2026 - 09:37
Türkiyədə Azərbaycan Kino Günləri davam edir09.05.2026 - 09:25
Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub09.05.2026 - 09:20
Ulu Öndərin ildönümü ilə əlaqədar hərbi liseylərə mediaturlar təşkil edilib09.05.2026 - 09:05
Akademik: Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir09.05.2026 - 09:00
V əsrə aid məzarlıqdan tarixi artefaktlar tapılıb09.05.2026 - 08:50
LDU-da Ümummilli lider Heydər Əliyev anılıb 09.05.2026 - 08:35
ADU-da “Roadmap” dərsliyinin təqdimatı keçirilib09.05.2026 - 08:22
Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb09.05.2026 - 08:05
Azərbaycan Tibb Universiteti ilə Yozqat Bozok Universiteti arasında memorandum imzalanıb09.05.2026 - 07:50
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib09.05.2026 - 07:37
Günün havası- 27 dərəcə isti 09.05.2026 - 07:17
Karyera texnologiyalarının təhsil proqramlarında rolu artırılır09.05.2026 - 07:00
Orta və lisey şagirdlərinin riyaziyyat problemləri narahatlıq doğurur09.05.2026 - 06:36
“Biz bunu sevgi ilə etməliyik”: məktəb direktoru şagirdlərdə mənsubiyyət hissini gücləndirir09.05.2026 - 06:18
Tarixi Oksford kinoteatrının bağlanmaq təhlükəsi yaranıb09.05.2026 - 06:00
“Neftçi” 2004-cü ildə Azərbaycan Kubokunun sahibi olub09.05.2026 - 05:42
Şuşanın işğalı Azərbaycan tarixinin ən ağır səhifələrindən biri kimi xatırlanır09.05.2026 - 05:18
Milli Qəhrəman Mehman Sayadov Vətən uğrunda canından keçən igidlərdən biri kimi anılır09.05.2026 - 05:06
Arif Məlikov Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi kimi yadda qalıb09.05.2026 - 04:42
Xalq artisti Süleyman Nəcəfov Azərbaycan teatr və kino sənətində yadda qalan sənətkar olub09.05.2026 - 04:36
Xalq artisti Əliağa Quliyev Azərbaycan musiqi tarixində silinməz iz qoyub09.05.2026 - 04:18
Sirus Təbrizli: Azərbaycan siyasəti və mediasında iz qoyan şəxsiyyət09.05.2026 - 04:00
WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək08.05.2026 - 19:55
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub08.05.2026 - 19:46
Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib08.05.2026 - 19:38
Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob08.05.2026 - 19:34
Müasir Azərbaycanın memarına ehtiram08.05.2026 - 19:25
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb08.05.2026 - 19:16
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 19:08
Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR08.05.2026 - 19:00
Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT08.05.2026 - 18:55
Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış08.05.2026 - 18:54
“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir08.05.2026 - 18:50
Ölkə birinciləri təəssüratlarını bölüşdülər... 08.05.2026 - 18:45
Ulu Öndər Heydər Əliyev elm və təhsilin inkişafında mühüm rol oynayıb08.05.2026 - 18:44
Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib08.05.2026 - 18:40