Təhsil 365 - Logo Mobile

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

7509.05.2026 - 17:06
“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi baş tutub.

Universitetdən “Tehsil365"ə bildirilib ki, tədbirdə ADMİU-nun məzunları, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının əməkdaşları İlhan Sadıqov və Aydan Həsənzadə festival haqqında məlumat veriblər. Qeyd olunub ki, 2022-ci ildə “ADMİU 99+” layihəsi çərçivəsində universitetin 100 illik yubileyinə töhfə olaraq başlayan festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir. Festival ikinci ildir ki, respublika səviyyəsində keçirilir. Festivala qatılan 22 tamaşadan 12-si ADMİU-nun, 10-u isə digər ali təhsil müəssisələrinin olub.

Açılış nitqi ilə çıxış edən ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi professor Ceyran Mahmudova “Pillə” Tələbə Tamaşaları Festivalının artıq təkcə Mədəniyyət və İncəsənət Universitetinin deyil, digər universitetlərin də həyatında silinməz izlər qoyduğunu bildirib. Ölkənin ən gənc universiteti olan Qarabağ Universitetinin festivala qatıldığını əlamətdar hadisə kimi qeyd edən rektor 5 il öncə böyük Zəfərlə işğaldan azad edilən torpaqlarda bu gün məhz gəncliyin nəfəsi ilə sənətin, mədəniyyətin cücərdiyini görməyin əsl xoşbəxtlik olduğunu deyib. Ceyran Mahmudova “Pillə” Tələbə Tamaşaları Festivalının gələcək illərdə öz arealını daha da genişləndirəcəyinə, beynəlxalq səviyyədə keçiriləcəyinə inandığını vurğulayıb.

Münsiflər heyətinin sədri Teatrşünaslq kafedrasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru professor İsrafil İsrafilov çıxış edərək “Pillə” Tələbə Tamaşaları Festivalının önəmindən danışıb, bir həftə davam edən festivalın çətin, amma bununla bərabər çox zövqlü təcrübə olduğunu deyib.

Sonra “Pillə 4” Festivalının dördgünlük videoicmalı nümayiş olunub.

Tədbir boyunca Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, Təşkilat komitəsinin üzvü, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Teatrşünaslıq kafedrasının müəllimləri Aliyə Dadaşova, Aygün Süleymanova, Teatrşünaslıq kafedrasının məsləhətçi-professoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri dosent Vidadi Qafarov və başqaları çıxış edərək festivalın ümumilikdə Azərbaycan teatr sənətinin inkişafındakı rolundan danışıb, bütün iştirakçılara uğurlar arzu ediblər.

Festivalda iştirak edən bütün kollektivlərə sertifikat və hədiyyələr təqdim edilib.

Festivalın gənc ekspertlərinin adından tələbə-teatrşünas Zeynəb İsmayılova çıxış edərək “Pillə” Festivalının onlar üçün də maraqlı təcrübə və unudulmaz xatirə olduğunu vurğulayıb. Daha sonra ADMİU-nun tələbə komandalarından gənc ekspertlər tərəfindən qalib seçilən kollektiv və tamaşanın adı açıqlanıb. Ruslan İsmayılovun quruluşunda “Vəziri-xani-həngamə” tamaşası Gənc ekspertlərin mükafatına layiq görülüb. Xəzər Universitetinin tələbəsi Zəhra Fərəczadə, ADMİU-nun tələbəsi Nərmin Mustafayeva “Ən yaxşı ikinci plan qadın rolu”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Məhəmmədəli Məhərrəmli və ADMİU-nun tələbəsi Əli Davıdov “Ən yaxşı ikinci plan kişi rolu” nominasiyaları üzrə qalib seçiliblər. “Ən yaxşı kişi rolu”na ADMİU-dan Əfqan Sultan, Azərbaycan Tibb Universitetindən Mehman Rəhimli, “Ən yaxşı qadın rolu”na isə ADMİU-dan Heyran Abdullayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Xədicə Nəbizadə layiq görülüblər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova tələbələrin hələ təhsil zamanından bu cür festivallarda çıxışının onlar üçün böyük yaradıcı əhəmiyyətə malik olduğunu, səhnə təcrübələrinə malik olmaları üçün önəm daşıdığını bildirib.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin müdiri İntiqam Babayev bu cür yaradıcı festivalların tələbələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə yeni nominasiyalardan biri olan “Ən yaxşı tələbə-rejissor işi” nominasiyası üzrə mükafat da təqdim edilib. Bu nominasiya üzrə ADMİU-nun tələbə-rejissoru Anar Atakişiyev “Laqeyd gözəl” tamaşasına görə qalib elan olunub.

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalını özündən əvvəlkilərdən fərqləndirən bir xüsusiyyət də “Festivalın xüsusi mükafatı” olub ki, bu mükafat münsiflər heyətinin yekdil qərarı ilə Qarabağ Universitetini təmsil edən komandaya təqdim olunub. Mükafatı təqdim edən professor Məryəm Əlizadə Azərbaycanın şanlı zəfərindən, Qarabağ Universitetinin festivalda iştirakının mənəvi dəyərindən bəhs edib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında bu gün dövlətimiz tərəfindən gənclərin yaradıcı atmosferdə, sağlam mühitdə yetişmələri, təhsil almaları və faydalı vətəndaş kimi formalaşmaları üçün hər cür şəraitin yaradıldığını vurğulayaraq, “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalını da bu qəbildən olan uğurlu layihələrdən biri kimi dəyərləndirib. Daha sonra İndira Hacıyeva digər ali təhsil müəssisələri üçün “Ən yaxşı tamaşa” nominasiyasının qalibini açıqlayıb. Bu nominasiya üzrə Azərbaycan Dillər Universitetinin komandası Əsmər Həbiblinin quruluşunda “İnsan səsi” (J.Kokto) tamaşası ilə qalib gəlib.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova isə ADMİU-nun tələbə komandaları arasında “Ən yaxşı tamaşa” nominasiyasının qalibinin adını açıqlayıb. Nəticələrə əsasən, ADMİU-nun SABAH qruplarının “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşası (Y.Zoyfer, quruluşçu rejissor: Mikayıl Mikayılov) qalib elan edilib.

Qaliblər çıxış edərək öz təəssüratlarını bölüşüb, festivalın təşkilatçılarına təşəkkürlərini çatdırıblar. Qaliblərə diplom, plaket, müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub.

Gecənin bədii hissəsində ADMİU-nun rəqs kollektivinin hazırladığı “Yaşa, mənim xalqım” rəqs kompozisiyası (xoreoqraf Aydan Kamilova), Sabah Mərkəzinin müəllimi Elnur İsmayılovun quruluşunda “Dahi” plastik kompozisiyası, “Rok-n-Roll” rəqsi (xoreoqraf Ofeliya Zeynalova), ADMİU “Kamerata” tələbə orkestrinin ifasında L.Bethovenin “Kontredans” əsəri, eləcə də Musiqi sənəti fakültəsinin tələbələri Abdusalam Şabanlı, Əhməd Məmmədov, Aleksandra Makarova, Selcan Rəfili və Mərdan Kazımovun ifasında “Bu şəhərdə”, “Həyat bayram olsa”, “Şuşanı qar gördüm”, “Qaytar eşqimi” mahnıları, İctimaiyyətlə əlaqələr, marketinq və süni intellekt şöbəsinin əməkdaşı Mətanət Abdullayevanın süni İntellekt texnologiyalarının imkanları ilə hazırladığı animasiya tamaşaçılara maraqlı anlar yaşadıb.

Qeyd edək ki, “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının açılış və bağlanış mərasimlərinin quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, ssenari müəllifi Şahanə Müşfiqdir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Sabah 28 dərəcə isti olacaq09.05.2026 - 19:54
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər09.05.2026 - 19:46
9 və 15 mart imtahanlarının apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM09.05.2026 - 19:38
Yeniyetmələr arasında dava: 1 nəfər bıçaqlanıb09.05.2026 - 19:32
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kənd məktəbinin açılışında09.05.2026 - 19:25
Tələbələr arasında intellektual yarış keçirilib09.05.2026 - 19:16
Balakəndə 68 şahmatçı 3 yaş qrupunda mübarizə aparıb09.05.2026 - 19:08
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım edib09.05.2026 - 19:00
Yazda sağlam qalmaq üçün nələrə diqqət etməliyik?09.05.2026 - 18:55
WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün interaktiv təlim təşkil olunub09.05.2026 - 18:54
“Əlaçı”nın qalibi Qusar məktəblisi oldu09.05.2026 - 18:53
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar09.05.2026 - 18:50
Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...09.05.2026 - 18:48
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər09.05.2026 - 18:45
Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır09.05.2026 - 18:44
Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb09.05.2026 - 18:40
Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib09.05.2026 - 18:36
Azərbaycanda universitet 15 vəzifəyə işçi axtarır - SİYAHI09.05.2026 - 18:35
Səhər yeməyində ən böyük səhv: Diyetoloq təhlükəli məhsulları açıqladı09.05.2026 - 18:30
Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir09.05.2026 - 18:28
Alimlər "universal genetik kodu" dəyişən orqanizm tapdı09.05.2026 - 18:25
Bağırsaq sağlamlığını məhv edən ən pis qida açıqlandı09.05.2026 - 18:20
Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib09.05.2026 - 18:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq09.05.2026 - 18:15
Ehtiyacınız yoxdursa, bu vitaminləri içməyin - XƏBƏRDARLIQ09.05.2026 - 18:10
Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib09.05.2026 - 18:08
İqtisadçı Xalid Kərimli: “Maliyyə savadlılığı məktəblərdə mütləq tədris olunmalıdır”09.05.2026 - 17:57
Bu qidalar ömrü 10 il uzadır09.05.2026 - 17:55
45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu09.05.2026 - 17:54
Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib09.05.2026 - 17:46
“YouTube”dan yenilik - “Picture-in-Picture” funksiyasını hər kəs üçün açdı09.05.2026 - 17:45
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib09.05.2026 - 17:38
Alimlər gecə kofe içməyin gözlənilməz təsirini aşkar edib09.05.2026 - 17:35
İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib09.05.2026 - 17:28
“Apple” qulaqlıqlara kamera yerləşdirəcək09.05.2026 - 17:25
“Şuşa – Azərbaycanın incisi” kitabı İraqda nüfuzlu mükafata layiq görülüb09.05.2026 - 17:16
Myanmada 11 min karatlıq nəhəng yaqut tapıldı 09.05.2026 - 17:15
Bakıda "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda forum keçirilib09.05.2026 - 17:05
"Instagram"dan gözlənlməz qərar: Şəxsi yazışmalara çıxış əldə edə biləcək09.05.2026 - 17:00
Argentinada pinqvinlərin köməyi ilə zəhərli maddələr aşkar ediblər09.05.2026 - 16:55
Ulduzlararası kometada suyun unikal kimyəvi tərkibi ilə bağlı maraqlı tapıntı09.05.2026 - 16:45
İnfarktın qarşısını almaq üçün vacib qaydalar09.05.2026 - 16:35
Süni intellekt uzun mətnlərdə düşünmə qabiliyyətini itirir - Yeni araşdırma09.05.2026 - 16:25
Belçikada V əsrə aid məzarlıqdan nadir arxeoloji artefaktlar tapıldı09.05.2026 - 16:15
Qarabağ Universitetində WUF13 çərçivəsində gənclər üçün təlim keçirilib09.05.2026 - 16:05
Yeni təhkükə: İtaliyada gənc qız süni intellektə bağlandı, hamıdan uzaqlaşdı09.05.2026 - 16:00
İİB nümayəndələri azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub09.05.2026 - 15:50