Təhsil 365 - Logo Mobile

“Şuşa – Azərbaycanın incisi” kitabı İraqda nüfuzlu mükafata layiq görülüb

7609.05.2026 - 17:16
“Şuşa – Azərbaycanın incisi” kitabı İraqda nüfuzlu mükafata layiq görülüb

İraqlı professor Mutəz Muhy Əbdülhəmidin “Şuşa – Azərbaycanın incisi” adlı kitabı İraqda səyahət ədəbiyyatı üzrə Naci Cavad əl-Saati mükafatına layiq görülüb.

“Tehsil365" xəbər verir ki, səyahətçi, yazıçı və hüquqşünas Naci Cavad əl-Saati İrsinin Qorunması Komitəsi və Bağdad Mədəniyyət Mərkəzi mükafatın on altıncı buraxılışının nəticələrini elan edib. Ciddi akademik və ədəbi qiymətləndirmədən sonra “Şuşa – Azərbaycanın incisi” kitabı mükafata layiq görülüb. "Şuşa İli" ilə bağlı tədbirlər planı çərçivəsində Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi ilə nəşr edilmiş kitab “Qarabağ xanlığının paytaxtı Şuşa” və “Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı iki fəsildən ibarətdir. Kitabın giriş hissəsində 44 günlük Vətən müharibəsi haqqında ümumi məlumatlar verən müəllif bu müharibənin baş verməsinin tarixi və siyasi səbəblərinə toxunub, həmçinin müharibə dövründə Azərbaycan Respublikasının Prezidentinin çıxış və müsahibələrindən sitatlar gətirməklə bir sıra məqamlara aydınlıq gətirib. Bu hissədə BMT-nin dörd məlum qətnaməsi, müxtəlif beynəlxalq təşkilatların bəyanatları haqqında məlumatlar da qeyd edilib.

Birinci fəsildə qədim dövrləri əhatə etməklə müasir dövrə qədər Şuşa şəhərinin tarixindən bəhs olunur. Müəllif tarixi mənbələrə və Avropa şərqşünaslarının rəylərinə istinad edərək bu şəhərin qədim Azərbaycan şəhəri olduğunu əsaslandırır. Şuşa şəhərində insan məskunlaşmasının tarixinin Tunc dövrünə qədər gedib çıxdığı, sonrakı dövrlərdə isə bu şəhərin əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğu mötəbər faktlarla təqdim edilir.

“Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı ikinci fəsil Şuşa şəhərinin mədəniyyətinə dair mövzuları əhatə edən bir neçə yarımfəsildən ibarətdir. Müəllif Şuşa şəhərinin zəngin mədəni irsi və görkəmli şəxsiyyətləri haqqında məlumatları qeyd edib. Şuşalıların yaratdığı mədəniyyətin nəinki Azərbaycan xalqının, həmçinin İslam dünyasının mədəni irsi baxımından unikal bir nümunə olduğu vurğulanıb. Bu hissədə müəllif Şuşa şəhərində inşa edilmiş maddi-mədəni abidələr, məscid, kilsə və ziyarətgahlar, karvansara və bazarlar, saraylar, muzey və kitabxanalar barədə, onların özünəməxsus memarlıq üslubu və tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Sabah 28 dərəcə isti olacaq09.05.2026 - 19:54
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər09.05.2026 - 19:46
9 və 15 mart imtahanlarının apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM09.05.2026 - 19:38
Yeniyetmələr arasında dava: 1 nəfər bıçaqlanıb09.05.2026 - 19:32
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kənd məktəbinin açılışında09.05.2026 - 19:25
Tələbələr arasında intellektual yarış keçirilib09.05.2026 - 19:16
Balakəndə 68 şahmatçı 3 yaş qrupunda mübarizə aparıb09.05.2026 - 19:08
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım edib09.05.2026 - 19:00
Yazda sağlam qalmaq üçün nələrə diqqət etməliyik?09.05.2026 - 18:55
WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün interaktiv təlim təşkil olunub09.05.2026 - 18:54
“Əlaçı”nın qalibi Qusar məktəblisi oldu09.05.2026 - 18:53
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar09.05.2026 - 18:50
Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...09.05.2026 - 18:48
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər09.05.2026 - 18:45
Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır09.05.2026 - 18:44
Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb09.05.2026 - 18:40
Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib09.05.2026 - 18:36
Azərbaycanda universitet 15 vəzifəyə işçi axtarır - SİYAHI09.05.2026 - 18:35
Səhər yeməyində ən böyük səhv: Diyetoloq təhlükəli məhsulları açıqladı09.05.2026 - 18:30
Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir09.05.2026 - 18:28
Alimlər "universal genetik kodu" dəyişən orqanizm tapdı09.05.2026 - 18:25
Bağırsaq sağlamlığını məhv edən ən pis qida açıqlandı09.05.2026 - 18:20
Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib09.05.2026 - 18:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq09.05.2026 - 18:15
Ehtiyacınız yoxdursa, bu vitaminləri içməyin - XƏBƏRDARLIQ09.05.2026 - 18:10
Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib09.05.2026 - 18:08
İqtisadçı Xalid Kərimli: “Maliyyə savadlılığı məktəblərdə mütləq tədris olunmalıdır”09.05.2026 - 17:57
Bu qidalar ömrü 10 il uzadır09.05.2026 - 17:55
45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu09.05.2026 - 17:54
Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib09.05.2026 - 17:46
“YouTube”dan yenilik - “Picture-in-Picture” funksiyasını hər kəs üçün açdı09.05.2026 - 17:45
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib09.05.2026 - 17:38
Alimlər gecə kofe içməyin gözlənilməz təsirini aşkar edib09.05.2026 - 17:35
İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib09.05.2026 - 17:28
“Apple” qulaqlıqlara kamera yerləşdirəcək09.05.2026 - 17:25
Myanmada 11 min karatlıq nəhəng yaqut tapıldı 09.05.2026 - 17:15
“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb09.05.2026 - 17:06
Bakıda "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda forum keçirilib09.05.2026 - 17:05
"Instagram"dan gözlənlməz qərar: Şəxsi yazışmalara çıxış əldə edə biləcək09.05.2026 - 17:00
Argentinada pinqvinlərin köməyi ilə zəhərli maddələr aşkar ediblər09.05.2026 - 16:55
Ulduzlararası kometada suyun unikal kimyəvi tərkibi ilə bağlı maraqlı tapıntı09.05.2026 - 16:45
İnfarktın qarşısını almaq üçün vacib qaydalar09.05.2026 - 16:35
Süni intellekt uzun mətnlərdə düşünmə qabiliyyətini itirir - Yeni araşdırma09.05.2026 - 16:25
Belçikada V əsrə aid məzarlıqdan nadir arxeoloji artefaktlar tapıldı09.05.2026 - 16:15
Qarabağ Universitetində WUF13 çərçivəsində gənclər üçün təlim keçirilib09.05.2026 - 16:05
Yeni təhkükə: İtaliyada gənc qız süni intellektə bağlandı, hamıdan uzaqlaşdı09.05.2026 - 16:00
İİB nümayəndələri azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub09.05.2026 - 15:50