Təhsil 365 - Logo Mobile

Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

8209.05.2026 - 18:08
Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Qazaxıstanın Atırau şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan tədbir keçirilib.

“Tehsil365" Azərbaycanın Aktaudakı baş konsulluğuna istinadla xəbər verir ki, tədbir Xəlil Dosmuhammedov adına Atırau Universitetində baş konsulluğun təşkilatçılığı ilə baş tutub. Mərasimdə universitetin professor-müəllim heyəti, tələbələr və Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə baş konsul Ayxan Süleymanlı universitetdə yaradılan Azərbaycan tədris otağına baş çəkib, kitablar hədiyyə edib, ardınca universitetin rektoru Salamat İdrisovla görüşüb. Görüşdə tərəflər ikitərəfli maraq doğuran məsələləri müzakirə edib, əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıblar.

Tədbirdə çıxış edən A.Süleymanlı Ümummilli Liderin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və gənclərin inkişafına verdiyi dəyər barədə məlumat verib, iki ölkə arasında dostluq əlaqələrinin və akademik tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Universitetin rektoru S.İdrisov çıxışında Heydər Əliyevin doğum günü münasibətilə təsis edilən təqaüdün qardaş Azərbaycan və Qazaxıstan xalqlarının dostluğunun simvollarından birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, artıq 14 ildir ki, bu təqaüd Atırau Universitetinin əlaçı və ictimai fəal tələbələrinə təqdim edilir, indiyə qədər mükafata 66 tələbə layiq görülüb. Rektor qeyd edib ki, baş konsulluğun bu təşəbbüsü iki qardaş ölkə arasında təhsil və mədəniyyət sahəsindəki dostluğun və əlaqələrin bariz nümunəsidir.

“Novruz” İctimai Birliyinin sədri Eldar Əhmədov isə təqaüdün təhsil və elm sahəsində nailiyyətlərin dəstəklənməsində mühüm rol oynadığını qeyd edib və tələbələrə təhsillərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan və baş konsulluq tərəfindən hazırlanan slayd-şou, eləcə də onun təhsilə verdiyi önəmlə bağlı çəkilən “Millətin gələcəyi təhsildədir” adlı sənədli film nümayiş etdirilib.

Mərasimin sonunda Baş konsul A.Süleymanlı universitetin ictimai həyatında fəal iştirakına, təşəbbüskarlığına və akademik nailiyyətlərinə görə universitet tərəfindən seçilən altı tələbəyə Heydər Əliyev adına təqaüd və təşəkkürnamə təqdim edib.

Tədbirdə, həmçinin rektor S.İdrisov ikitərəfli əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə baş konsul A.Süleymanlıya və konsul M.Cəfərovaya Atırau Universitetinin 85 illiyinə həsr olunan yubiley medallarını təqdim edib

Nərmin Mustafayeva

Xəbər Lenti

İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55