Təhsil 365 - Logo Mobile

Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır

8709.05.2026 - 18:44
Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır

Müdafiə Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyə mediatur təşkil olunub.

“Tehsil365" AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, əvvəlcə media nümayəndələri ilə liseyin kursantları Heydər Əliyev Muzeyini ziyarət edib, dahi şəxsiyyətin zəngin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi xidmətləri əks etdirən eksponatlarla yaxından tanış olublar.

Sonra media nümayəndələri Heydər Əliyev adına Hərbi Liseydə yaradılan müasir təlim-tədris infrastrukturu, kursantların sosial-məişət şəraiti və gündəlik fəaliyyəti ilə yaxından maraqlanıblar. Jurnalistlərə liseydə hərbi biliklərin yüksək səviyyədə tədrisi, fiziki hazırlıq prosesinin təşkili, intizam qaydaları və vətənpərvərlik ruhunda aparılan tərbiyə işləri barədə ətraflı məlumat verilib. Media nümayəndələri dərs, məşğələ prosesini izləyərək kursantların nəzəri və praktiki hazırlıq səviyyəsini müşahidə ediblər.

Liseyin tarix müəllimi Mirismayıl Seyidov deyib ki, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu strategiyasının, milli hərbi kadr potensialının formalaşdırılması və peşəkar zabit nəslinin yetişdirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm tərkib hissəsi kimi yaradılan Heydər Əliyev adına Hərbi Lisey ötən illər ərzində çox böyük uğurlara imza atıb. Lisey minlərlə gəncin vətənpərvərlik ruhunda formalaşmasına, onların hərbi bilik və bacarıqlara yiyələnərək Azərbaycan Ordusunun peşəkar kadrları kimi yetişməsinə mühüm töhfə verib. Təhsil ocağının məzunları bu gün Silahlı Qüvvələrin müxtəlif qoşun növlərində şərəflə xidmət edir, ölkəmizin ərazi bütövlüyünün və dövlət müstəqilliyinin qorunması istiqamətində mühüm vəzifələri layiqincə yerinə yetirir. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci il Vətən müharibəsində, eləcə də 2023-cü ilin antiterror tədbirlərində liseyin məzunları böyük qəhrəmanlıqlar göstəriblər. Onların sırasında şəhidlik zirvəsinə yüksələnlər də olub. Ümumilikdə, 96 məzun Vətən uğrunda şəhid olub.

"Biz pedaqoji və zabit heyəti olaraq kursantlarımızın qarşısında hər zaman mühüm tələblər qoymuşuq. 2020-ci ilin Vətən müharibəsinə qədər kursantlarımıza daim bildirirdik ki, nə vaxtsa Silahlı Qüvvələrin Ali Baş Komandanının torpaqlarımızın azad olunması ilə bağlı əmri veriləcək və həmin müqəddəs missiyanın icrasında onlar da iştirak edəcəklər.

Vətən müharibəsi və antiterror tədbirlərindən sonrakı mərhələdə isə kursantlarımıza əsas tövsiyəmiz budur ki, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına azad edilmiş torpaqlarımıza bir daha düşmən ayağı dəyməsin deyə hər zaman ayıq-sayıq olsunlar və Vətənə xidmətlərini layiqincə davam etdirsinlər", - deyə o bildirib.

Liseyin İngilis dili müəllimi Elnurə Rəcəbova diqqətə çatdırıb ki, Heydər Əliyev adına Hərbi Liseydə çalışmaq onlar üçün şərəfli və məsuliyyətli işdir. Liseydə kursantlara yalnız hərbi biliklər deyil, eyni zamanda vətənpərvərlik dəyərləri, geniş dünyagörüşü və dil bacarıqları da aşılanır.

Onun sözlərinə görə, lisey məzunları bu gün Türkiyə, İtaliya, Cənubi Koreya və Rusiya kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində uğurla təhsil alırlar. Kursantların xüsusilə ingilis dili biliklərinə yiyələnməsi onların gələcək hərbi karyerasında mühüm rol oynayır. Bu məqsədlə liseydə müasir linqofon kabinetləri fəaliyyət göstərir. Həmin kabinetlərdə kursantların dil bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl və sistemli iş aparılır, onlara ingilis dilinin nəzəri və praktik əsasları yüksək səviyyədə tədris olunur.

Ümummilli Lider Heydər Əliyevin müəllim və zabit peşəsinin əhəmiyyətini ifadə edən “Güclü dövlətin olması üçün peşəkar müəllimlərə və peşəkar zabitlərə böyük ehtiyac vardır” fikrini xatırladan Elnurə Rəcəbova vurğulayıb ki, əsas məqsəd kursantların gələcəyin savadlı, peşəkar və Vətənə sadiq zabitləri kimi yetişdirilməsidir.

Liseyin riyaziyyat müəllimi Yeganə Əhmədova bildirib ki, ordunun gücü yalnız silah və texnikada deyil, həmin texnika və silahlardan peşəkar şəkildə istifadə etməyi bacaran zabitlərdədir. Onun sözlərinə görə, müəllimlərin əsas vəzifəsi kursantlara bu bilik və bacarıqları aşılamaqdır. Bu baxımdan hərbi sahədə riyaziyyatın rolu xüsusi əhəmiyyət daşıyır. Ballistik raketlər, koordinat sistemləri və müxtəlif hərbi texnikaların idarə olunması birbaşa riyazi biliklərə əsaslanır. Kursantlara koordinatlar, məkan anlayışları və onların tətbiqi öyrədilərək riyaziyyata marağın artırılması əsas məqsəd kimi qarşıya qoyulur. 44 günlük Vətən müharibəsi zamanı lisey məzunları bu bilik və bacarıqları şərəflə nümayiş etdiriblər. Liseyin qəhrəmanlıq nümunəsi göstərən şəhid məzunları bunun ən böyük sübutudur.

"Kursantlar müxtəlif riyaziyyat olimpiadalarında, viktorina və intellektual yarışlarda uğurlar qazandıqları, qızıl və gümüş medallara layiq görülüb. Həmin qalib kursantlardan şəhid olanları da vardır",- deyə Yeganə Əhmədova əlavə edib.

Uşaqlıqdan hərbi sahəyə marağının olduğunu qeyd edən kursant Qalib Xəlilov vurğulayıb ki, Vətənə xidmət etmək onun üçün təkcə arzu deyil, həm də böyük məsuliyyətdir. Heydər Əliyev adına Hərbi Lisey bu yolda ən düzgün başlanğıcdır. Burada təkcə dərs keçilmir, eyni zamanda kursantlar intizam, məsuliyyət və vətənpərvərlik ruhunda formalaşdırılır.

Kursant bildirib ki, liseydə verilən bilik və tərbiyə gələcəkdə güclü zabit kimi yetişməyin əsasını təşkil edir. O, bu liseyi seçməsinin səbəbini gələcəkdə Vətənə layiqli xidmət etmək və Azərbaycan Bayrağını daim uca tutmaq istəyi ilə izah edib.

Mediatur çərçivəsində jurnalistlər Heydər Əliyev adına Hərbi Liseydə kursantların qidalanma şəraiti və gündəlik yemək normaları ilə də tanış olub, onlarla birlikdə nahar ediblər.

Nərmin Mustafayeva

Xəbər Lenti

Odlar Yurdu Universiteti maliyyə vəziyyətini açıqlayıb03.10.2026 - 14:14
Suqovuşanın azad edilməsindən 6 il ötür03.10.2026 - 14:11
3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür03.10.2026 - 14:06
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq03.10.2026 - 10:01
Həftəsonu intensiv yağış yağacaq03.10.2026 - 09:38
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Zamin Rəhimova həsr olunacaq03.10.2026 - 09:30
"Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans təşkil olunub03.10.2026 - 08:54
Fransada lisey şagirdləri etiraz edib03.10.2026 - 08:27
Prezident İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidentinin görüşü keçirilib03.10.2026 - 08:19
Baxçakürd məktəbində Pedaqoji Şura iclası kecirilib.02.10.2026 - 19:46
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub02.10.2026 - 19:45
Nəriman Nərimanovun Xatirə Muzeyini xarici qonaqlar ziyarət edib02.10.2026 - 19:40
Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı02.10.2026 - 19:15
ADA Universitetinin rektoru Hafiz Paşayev təltif edildi02.10.2026 - 19:02
Bakıda Üzgüçülük üzrə ikinci yarış günü yekunlaşıb02.10.2026 - 18:32
Prokurorluğa qəbul imtahanının vaxtı açıqlanıb02.10.2026 - 18:03
Təhsil işçilərinə təltiflər təqdim edilib02.10.2026 - 17:54
DTX kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq yaydı02.10.2026 - 17:21
Xəzər Universitetinin tələbələri ADEX 2026-da innovativ layihələri ilə diqqət çəkdi02.10.2026 - 17:11
BDU-da müəllimlərə süni intellekt öyrədiləcək02.10.2026 - 17:05
ADNSU tələbələri beş ölkədə təhsil alacaq 02.10.2026 - 16:58
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib02.10.2026 - 16:50
Qarabağ Universitetində yeni təşəbbüslər təqdim edilib02.10.2026 - 16:31
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb02.10.2026 - 16:17
Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub02.10.2026 - 15:44
Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb02.10.2026 - 15:37
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur02.10.2026 - 15:27
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək02.10.2026 - 15:20
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır02.10.2026 - 15:15
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib02.10.2026 - 15:10
Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı02.10.2026 - 15:01
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq02.10.2026 - 14:54
Tanımış jurnalist, səyyah Azər Qərib BDU tələbələri ilə görüşüb02.10.2026 - 14:45
Rektor BP-nin AzMİU-ya dəstəyindən danışdı: “6-7 laboratoriya yaradılıb”02.10.2026 - 14:38
Təhsil işçilərinə təltiflər təqdim edilib02.10.2026 - 14:21
BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim02.10.2026 - 13:34
AzTU-da “Almaniyada təqaüdlü təhsil fürsətləri” mövzusunda məlumatlandırma sessiyası keçirilib02.10.2026 - 13:20
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar keçirilib02.10.2026 - 13:07
Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb02.10.2026 - 13:02
Ötən ay BŞTİ-yə 19 897 müraciət daxil olub02.10.2026 - 12:55
ADU və Ege Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.10.2026 - 12:40
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub02.10.2026 - 12:37
Kimya İnstitutunda Rusiya Elmlər Akademiyası ilə elmi əməkdaşlıq imkanları müzakirə olunub02.10.2026 - 12:30
UNEC-dən yeni əməkdaşlıq02.10.2026 - 12:24
MDU Elmi Şurasının növbədənkənar toplantısı baş tutub02.10.2026 - 12:20
1 Oktyabr Beynəlxalq Musiqi Günüdür01.10.2026 - 19:00
1 Oktyabr Ahıllar günüdür01.10.2026 - 18:35
Gənclərin ictimai həyatda fəallığı niyə vacibdi?01.10.2026 - 18:10