Təhsil 365 - Logo Mobile

İİB nümayəndələri azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub

10009.05.2026 - 15:50
İİB nümayəndələri azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub

İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib. 

“Tehsil365“ xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara aparılan bərpa quruculuq işləri, eyni zamanda, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

Səfər çərçivəsində nümayəndə heyəti Ağdam Sənaye Parkında olublar. Sahibkarlarla görüşdə istehsal potensialının artırılması və ixracyönümlü inkişaf perspektivləri müzakirə edilib. Dayanıqlı iqtisadi inkişaf və özəl sektorun gücləndirilməsi istiqamətində İİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində fəaliyyət göstərən və 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının artıq 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Sənaye parkının rezidentləri qeydiyyat tarixindən 10 il müddətinə, əmlak, torpaq və mənfəət vergilərindən azaddır, idxal olunan texnika və avadanlıqlara görə ƏDV və  gömrük rüsumu ödənilmir. Həmçinin, sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur. 

Qonaqlar işğaldan azad edilmiş ərazilərdə təhsil və sosial infrastruktur sahəsində görülən işlərlə tanışlıq çərçivəsində Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, 1 saylı körpələr evi-uşaq bağçası, həmçinin özbək xalqı adından hədiyyə olaraq inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olublar. Təhsil və sosial müəssisələrdə yaradılmış müasir infrastruktur, tətbiq olunan innovativ yanaşmalar və uşaqların hərtərəfli inkişafı üçün formalaşdırılmış imkanlar diqqətə çatdırılıb.

Şuşa şəhərinə səfər zamanı qonaqlar şəhərin tarixi-mədəni abidələri ilə tanış olublar. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlı məlumat verib.

Nümayəndə heyəti Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində olub, burada yaradılmış müasir tədris infrastrukturu və akademik mühitlə tanış olub. Qeyd edilib ki, universitet regionun sosial-iqtisadi inkişafına töhfə verəcək yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm potensiala malikdir.

Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, yaradılan müasir infrastruktur və formalaşdırılan əlverişli investisiya mühitinin regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Eyni zamanda, İslam İnkişaf Bankı Qrupu ilə sənaye, təhsil, sosial infrastruktur və sahibkarlığın inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Mehriban İbadova

Xəbər Lenti

Sabah 28 dərəcə isti olacaq09.05.2026 - 19:54
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər09.05.2026 - 19:46
9 və 15 mart imtahanlarının apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM09.05.2026 - 19:38
Yeniyetmələr arasında dava: 1 nəfər bıçaqlanıb09.05.2026 - 19:32
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kənd məktəbinin açılışında09.05.2026 - 19:25
Tələbələr arasında intellektual yarış keçirilib09.05.2026 - 19:16
Balakəndə 68 şahmatçı 3 yaş qrupunda mübarizə aparıb09.05.2026 - 19:08
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım edib09.05.2026 - 19:00
Yazda sağlam qalmaq üçün nələrə diqqət etməliyik?09.05.2026 - 18:55
WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün interaktiv təlim təşkil olunub09.05.2026 - 18:54
“Əlaçı”nın qalibi Qusar məktəblisi oldu09.05.2026 - 18:53
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar09.05.2026 - 18:50
Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...09.05.2026 - 18:48
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər09.05.2026 - 18:45
Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır09.05.2026 - 18:44
Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb09.05.2026 - 18:40
Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib09.05.2026 - 18:36
Azərbaycanda universitet 15 vəzifəyə işçi axtarır - SİYAHI09.05.2026 - 18:35
Səhər yeməyində ən böyük səhv: Diyetoloq təhlükəli məhsulları açıqladı09.05.2026 - 18:30
Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir09.05.2026 - 18:28
Alimlər "universal genetik kodu" dəyişən orqanizm tapdı09.05.2026 - 18:25
Bağırsaq sağlamlığını məhv edən ən pis qida açıqlandı09.05.2026 - 18:20
Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib09.05.2026 - 18:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq09.05.2026 - 18:15
Ehtiyacınız yoxdursa, bu vitaminləri içməyin - XƏBƏRDARLIQ09.05.2026 - 18:10
Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib09.05.2026 - 18:08
İqtisadçı Xalid Kərimli: “Maliyyə savadlılığı məktəblərdə mütləq tədris olunmalıdır”09.05.2026 - 17:57
Bu qidalar ömrü 10 il uzadır09.05.2026 - 17:55
45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu09.05.2026 - 17:54
Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib09.05.2026 - 17:46
“YouTube”dan yenilik - “Picture-in-Picture” funksiyasını hər kəs üçün açdı09.05.2026 - 17:45
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib09.05.2026 - 17:38
Alimlər gecə kofe içməyin gözlənilməz təsirini aşkar edib09.05.2026 - 17:35
İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib09.05.2026 - 17:28
“Apple” qulaqlıqlara kamera yerləşdirəcək09.05.2026 - 17:25
“Şuşa – Azərbaycanın incisi” kitabı İraqda nüfuzlu mükafata layiq görülüb09.05.2026 - 17:16
Myanmada 11 min karatlıq nəhəng yaqut tapıldı 09.05.2026 - 17:15
“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb09.05.2026 - 17:06
Bakıda "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda forum keçirilib09.05.2026 - 17:05
"Instagram"dan gözlənlməz qərar: Şəxsi yazışmalara çıxış əldə edə biləcək09.05.2026 - 17:00
Argentinada pinqvinlərin köməyi ilə zəhərli maddələr aşkar ediblər09.05.2026 - 16:55
Ulduzlararası kometada suyun unikal kimyəvi tərkibi ilə bağlı maraqlı tapıntı09.05.2026 - 16:45
İnfarktın qarşısını almaq üçün vacib qaydalar09.05.2026 - 16:35
Süni intellekt uzun mətnlərdə düşünmə qabiliyyətini itirir - Yeni araşdırma09.05.2026 - 16:25
Belçikada V əsrə aid məzarlıqdan nadir arxeoloji artefaktlar tapıldı09.05.2026 - 16:15
Qarabağ Universitetində WUF13 çərçivəsində gənclər üçün təlim keçirilib09.05.2026 - 16:05
Yeni təhkükə: İtaliyada gənc qız süni intellektə bağlandı, hamıdan uzaqlaşdı09.05.2026 - 16:00