"Meta" şirkəti mayın 8-dən etibarən "Instagram"da şəxsi mesajların tamamən şifrələnməsini dayandırıb.
“Tehsil365“ xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Qərarın hüquq-mühafizə orqanları və uşaqların müdafiəsi ilə məşğul olan təşkilatların bu funksiyanı uzun müddət tənqid etməsi ilə əlaqəli olduğu bildirilir.
Bu isə o deməkdir ki, istifadəçilər arasındakı mesajlar potensial olaraq şirkət üçün əlçatan ola bilər. Əvvəllər belə məxfilik səviyyəsi yalnız şifrələməni aktivləşdirən istifadəçilər üçün təmin edilirdi.
Dəyişiklik artıq Avstraliyadakı istifadəçilər üçün tətbiq olunub.

