Myanma ərazisində çəkisi 11 000 karat (2.2 kq) olan nəhəng ölçülü yaqut tapılıb. Bu qiymətli daş Mandalay şəhəri yaxınlığında yerləşən Moqok mədənində aşkar edilib.
“Tehsil365“ xəbər verir ki, müvafiq məlumatı "Bloomberg" agentliyi paylaşıb.
Məlumata əsasən, bənövşəyi-qırmızı rəngli bu qiymətli daş "olduqca iri, nadir rast gəlinən və tapılması çətin" kimi xarakterizə edilir. O, həm rəng, həm də keyfiyyət xüsusiyyətlərinə görə 1996-cı ildə həmin ərazidə aşkar edilmiş 21 450 karatlıq yaqutla müqayisədə daha qiymətli sayılır.
Qiymətli daşın təqribi dəyəri barədə hələlik heç bir məlumat verilmir.

