Azərbaycanın tanınmış jurnalistlərindən və televiziya aparıcılarından biri olan Fikrət Adıgözəlov 1961-ci il mayın 10-da anadan olub.
“Tehsil365” xəbər verir ki, Uzun illər televiziya sahəsində fəaliyyət göstərən Fikrət Adıgözəlov xüsusilə idman verilişlərinin şərhçisi və aparıcısı kimi tamaşaçıların rəğbətini qazanıb.
O, müxtəlif idman yarışlarının peşəkar təqdimatı və şərhləri ilə Azərbaycan idman jurnalistikasının inkişafına töhfə verib. Televiziya fəaliyyətində obyektiv yanaşması və özünəməxsus təqdimat üslubu ilə seçilən jurnalist uzun illər ekranların tanınmış simalarından biri olub.
Peşəkar fəaliyyətinə görə Fikrət Adıgözəlova “Əməkdar jurnalist” fəxri adı verilib. O, Azərbaycan idman mediasında tanınan və hörmətlə qarşılanan jurnalistlərdən hesab olunur.

