2012-ci ildə Bakıda Heydər Əliyev Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, Müasir memarlıq üslubu ilə seçilən mərkəz qısa müddətdə paytaxtın əsas simvollarından birinə çevrilib.
Mərkəzin layihəsi dünya şöhrətli memar Zaha Hadid tərəfindən hazırlanıb. Binanın qeyri-adi dizaynı və innovativ memarlıq həlli beynəlxalq səviyyədə böyük maraq doğurub.
Heydər Əliyev Mərkəzində müxtəlif beynəlxalq tədbirlər, sərgilər, konsert proqramları və mədəni layihələr təşkil olunur. Kompleks Azərbaycanın müasir memarlıq nümunələri arasında xüsusi yer tutur və ölkəyə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri hesab edilir.

