1796-cı ildə Rusiya imperiyası tərəfindən Dərbənd qalası işğal olunub.
“Tehsil365” xəbər verir ki, Hadisə imperiyanın Qafqaz regionunda mövqelərini gücləndirmək və strateji əhəmiyyət daşıyan ərazilərə nəzarəti artırmaq siyasətinin tərkib hissəsi hesab olunur.
Dərbənd qalası tarix boyunca Qafqazın ən mühüm müdafiə istehkamlarından biri kimi tanınıb. Xəzər dənizi sahilində yerləşən qala həm hərbi, həm də ticarət baxımından strateji əhəmiyyət daşıyıb.
Rusiya imperiyasının bölgəyə yürüşləri XVIII əsrin sonlarında Qafqazda siyasi vəziyyətin dəyişməsinə səbəb olub. Dərbənd qalasının işğalı da həmin dövrdə regionda baş verən əsas tarixi hadisələrdən biri kimi qiymətləndirilir.

