Azərbaycanın aparıcı televiziya kanallarından biri olan ARB TV Bakı şəhərində rəsmi olaraq yayıma başlayıb.
“Tehsil365” xəbər verir ki, Kanalın paytaxt üzrə yayım fəaliyyətinə başlaması ölkənin televiziya məkanında mühüm hadisələrdən biri kimi qiymətləndirilib.
ARB TV fəaliyyətə başladığı gündən etibarən xəbər, ictimai-siyasi, sosial, mədəniyyət və əyləncə proqramları ilə geniş tamaşaçı auditoriyasına təqdim olunub. Kanal müxtəlif layihələri və operativ xəbər siyasəti ilə qısa müddətdə izləyicilərin diqqətini cəlb etməyi bacarıb.
Paytaxtda yayım imkanlarının genişlənməsi ARB TV-nin daha geniş auditoriyaya çıxışını təmin edib və kanalın Azərbaycan mediasındakı mövqeyinin möhkəmlənməsinə töhfə verib. Bu gün ARB TV ölkənin ən çox izlənilən televiziya kanalları sırasında yer alır.

