Təhsil 365 - Logo Mobile

ADU-da “Bir liderin izi ilə: Heydər Əliyev və müstəqillik yolu” adlı elmi-maarifləndirici tədbir keçirilib

8310.05.2026 - 07:17
ADU-da “Bir liderin izi ilə: Heydər Əliyev və müstəqillik yolu” adlı elmi-maarifləndirici tədbir keçirilib

Mayın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsi tərəfindən “Bir liderin izi ilə: Heydər Əliyev və müstəqillik yolu” adlı elmi-maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi müasir Azərbaycan dövlətçiliyinin banisi, görkəmli dövlət xadimi Heydər Əliyev irsinin müxtəlif istiqamətlər üzrə təhlili və bu irsin gənc nəslə çatdırılması olub.

“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə İngilis dilinin üslubiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Aysel Məmmədbəyli açaraq çıxışında Heydər Əliyev siyasi fəaliyyətinin Azərbaycan tarixindəki müstəsna rolunu vurğulayıb. Bildirilib ki, o, yalnız siyasi lider kimi deyil, həm də sistemli dövlətçilik düşüncəsinin və milli ideologiyanın formalaşdırıcısı kimi çıxış edib. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, müstəqil dövlət quruculuğu prosesinin möhkəm təməlləri qoyulub.

Çıxış zamanı qeyd olunub ki, Heydər Əliyev fəaliyyətində xalq amili daim ön planda olub, həyata keçirilən siyasət yalnız bu günün deyil, gələcəyin inkişafını da hədəfləyib. Bu baxımdan, Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz və inkişaf göstəricilərinin həmin strateji kursun nəticəsi olduğu diqqətə çatdırılıb.

Daha sonra Magistratura şöbəsinin Dilşünaslıq ixtisasının 106 və 107-ci qrup tələbələrinin təqdimatları baş tutub. Tələbələr müxtəlif mövzular üzrə hazırladıqları məruzələrlə çıxış edərək Heydər Əliyev çoxşaxəli fəaliyyətini fərqli aspektlərdən təhlil ediblər. Təqdimatlar zamanı ulu öndərin dövlətçilik fəlsəfəsi, milli-mənəvi dəyərlərin qorunması, təhsil, mədəniyyət, iqtisadiyyat və xarici siyasət sahəsində həyata keçirdiyi uğurlu strategiyalar geniş şəkildə işıqlandırılıb. Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Rəna Şabanzadə, Turan Sadıqova, Esmira Atazadə, Ülviyyə Qasımlı, Zülfiyyə Quliyeva, Elmira Ağabalayeva, Lalə Rəcəbli, Zərxanım Vəliyeva və Mövlanə Nuruzadə müxtəlif mövzularda təqdimatlarla çıxış edərək Heydər Əliyev dövlətçilik irsinin ayrı-ayrı istiqamətlərini geniş şəkildə təhlil ediblər.

Magistratura şöbəsinin müdiri, dosent Namiq Əsədov çıxışında vurğulayıb ki, bu cür elmi və maarifləndirici görüşlər gənclərin milli dəyərlərə bağlılığının gücləndirilməsi, tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Zeynəb Quluyeva

Xəbər Lenti

“Azərbaycanın beynəlxalq informasiya siyasəti və Prezident İlham Əliyevin tövsiyələri” mövzusunda ustad dərsi keçirilib10.05.2026 - 08:47
Britaniyalı alimlərdən unikal kəşf10.05.2026 - 08:30
Bu günə olan hava proqnozu 10.05.2026 - 08:20
Ştutqartdakı Azərbaycan Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib10.05.2026 - 08:07
Macarıstanda ADU Mərkəzində akademik əməkdaşlıq müzakirə olunub10.05.2026 - 07:50
ADU-da oxu strategiyaları ilə bağlı təlim keçirilib10.05.2026 - 07:35
Texas Tech University System Board of Regents iclası zamanı tələbələr dəfn mərasimində iştirak edib10.05.2026 - 07:00
Universitetlər “Canvas Hack” insidentindən sonra buraxılış imtahanlarını təxirə saldı10.05.2026 - 06:36
Millətin yaddaşına həkk olunan Şəxsiyyət – Heydər Əliyev10.05.2026 - 06:25
Bradford sərgisi 1904-cü il Somali nümayişini yenidən gündəmə gətirir10.05.2026 - 06:18
ARB TV — Bakı şəhərində yayıma başlayaraq media məkanında yerini tutdu10.05.2026 - 06:00
Dərbənd qalasının işğalı — Rusiya imperiyasının Qafqaz siyasətində mühüm hadisələrdən biri10.05.2026 - 05:42
Heydər Əliyev Mərkəzi — Bakının simvollarından birinə çevrilən memarlıq nümunəsi10.05.2026 - 05:18
Fikrət Adıgözəlov — idman jurnalistikasında tanınan simalardan biri10.05.2026 - 05:06
Musa Yaqub — Azərbaycan poeziyasında özünəməxsus iz qoymuş sənətkar10.05.2026 - 04:54
Heydər Əliyev — Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynamış lider10.05.2026 - 04:36
Əliş Ləmbəranski — Bakının inkişafında mühüm rol oynamış dövlət xadimi10.05.2026 - 04:18
Xosrov bəy Sultanov — Azərbaycan dövlətçiliyində mühüm iz qoymuş şəxsiyyət10.05.2026 - 04:00
Sabah 28 dərəcə isti olacaq09.05.2026 - 19:54
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər09.05.2026 - 19:46
9 və 15 mart imtahanlarının apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM09.05.2026 - 19:38
Yeniyetmələr arasında dava: 1 nəfər bıçaqlanıb09.05.2026 - 19:32
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kənd məktəbinin açılışında09.05.2026 - 19:25
Tələbələr arasında intellektual yarış keçirilib09.05.2026 - 19:16
Balakəndə 68 şahmatçı 3 yaş qrupunda mübarizə aparıb09.05.2026 - 19:08
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım edib09.05.2026 - 19:00
Yazda sağlam qalmaq üçün nələrə diqqət etməliyik?09.05.2026 - 18:55
WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün interaktiv təlim təşkil olunub09.05.2026 - 18:54
“Əlaçı”nın qalibi Qusar məktəblisi oldu09.05.2026 - 18:53
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar09.05.2026 - 18:50
Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib...09.05.2026 - 18:48
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər09.05.2026 - 18:45
Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır09.05.2026 - 18:44
Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb09.05.2026 - 18:40
Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib09.05.2026 - 18:36
Azərbaycanda universitet 15 vəzifəyə işçi axtarır - SİYAHI09.05.2026 - 18:35
Səhər yeməyində ən böyük səhv: Diyetoloq təhlükəli məhsulları açıqladı09.05.2026 - 18:30
Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir09.05.2026 - 18:28
Alimlər "universal genetik kodu" dəyişən orqanizm tapdı09.05.2026 - 18:25
Bağırsaq sağlamlığını məhv edən ən pis qida açıqlandı09.05.2026 - 18:20
Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib09.05.2026 - 18:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq09.05.2026 - 18:15
Ehtiyacınız yoxdursa, bu vitaminləri içməyin - XƏBƏRDARLIQ09.05.2026 - 18:10
Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib09.05.2026 - 18:08
İqtisadçı Xalid Kərimli: “Maliyyə savadlılığı məktəblərdə mütləq tədris olunmalıdır”09.05.2026 - 17:57
Bu qidalar ömrü 10 il uzadır09.05.2026 - 17:55
45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu09.05.2026 - 17:54