Qubada 16 yaşlı gənc uşaq dünyaya gətirib.
“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, rayonun Aşağı Xuc kənd sakini olan 2010-cu il təvəllüdlü N.B. 35 həftəlik doğuş sancıları ilə xəstəxanaya çatdırılıb.
Onun 9-cu sinif şagirdi olduğu və oxuduğu məktəbin digər şagirdindən hamilə qaldığı bildirilir.
Məlumata görə, hazırda ananın və körpənin vəziyyəti qənaətbəxşdir.Hazırda polis tərəfindən istintaq araşdırmaları aparılır.

