Mayın 10-da Bakı Dövlət Universitetinin (BDU) kollektivi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
“Tehsil365” xəbər verir ki, Ümummilli Liderin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

