Yaradıcılıq ittifaqlarının rəhbərləri, tanınmış mədəniyyət xadimləri və mədəniyyət naziri Adil Kərimli müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə mayın 10-da Fəxri xiyabana gələrək dahi siyasətçinin məzarını ziyarət ediblər.
Nazirlikdən “Tehsil365” ə bildirilib ki, mədəniyyətimizin böyük himayədarının məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.
Ziyarət zamanı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

