Təhsil 365 - Logo Mobile

Ulu Öndər Heydər Əliyevin xatirəsi Niderlandda da anılıb

11210.05.2026 - 13:50
Ulu Öndər Heydər Əliyevin xatirəsi Niderlandda da anılıb

Müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Niderlandın Rotterdam şəhərində tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dahi liderin zəngin dövlətçilik irsini və Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi, habelə milli maraqların müdafiəsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs edib. Diplomat bildirib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunub, mühüm iqtisadi islahatlara başlanılıb və güclü milli ordu quruculuğunun əsası qoyulub.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın xarici siyasət konsepsiyası ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb. Qeyd edilib ki, Ulu Öndərin prinsipial diplomatiyası nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınıb, milli maraqlarımız uğurla müdafiə olunub.

Diplomat, həmçinin dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin gücləndirilməsi istiqamətində Ulu Öndərin xüsusi xidmətlərini diqqətə çatdırıb, Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrinin bütün dünya azərbaycanlıları üçün milli qürur və vətənpərvərlik nümunəsi olduğunu deyib.

M.Əhmədzadə çıxışında Ümummilli Liderin müəyyən etdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam təmin olunduğunu, ölkəmizin regional liderə və qüdrətli dövlətə çevrildiyini vurğulayıb.

Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan diasporunun təşkilatlanması və həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb, dahi liderin zəngin dövlətçilik irsinin gələcək nəsillər üçün daim örnək olaraq qalacağını bildirib.

Tədbir Fransada yaşayan azərbaycanlı musiqiçilər - fleyta ifaçısı Ağarəhim Quliyev və pianoçu Eldəniz Ələkbərzadənin birgə yaratdığı “Duo Avey” musiqi qrupunun təqdim etdiyi bədii proqramla davam edib. Ulu Öndərin sevdiyi və ona həsr olunmuş musiqi əsərlərinin səsləndirildiyi proqram iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Zəhra Əliyeva

Xəbər Lenti

“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:20
Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 09:15
“Hər bir müəllimin öz AI assistenti ola bilər” - DİM sədri11.09.2026 - 09:10
Məleykə Abbaszadə: “Bunu dəfələrlə nəvələrimdə də görmüşəm"11.09.2026 - 09:05
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 09:00
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 08:55
Sabaha olan hava proqnozu11.09.2026 - 08:50
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05