Təhsil 365 - Logo Mobile

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

7410.05.2026 - 17:28
Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi bu ölkənin Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirib.

“Tehsil365" xəbər verir ki, tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Hüsam Əbdülfəttah, Azərbaycanın səfiri Elxan Poluxov, əl-Qanatır əl-Xeyriyyə şəhərinin meri Əbdüləzim Səid, Azərbaycan diasporunun sədri Seymur Nəsirov, diaspor nümayəndələri, yerli mətbuat təmsilçiləri və ziyalılar iştirak ediblər.

Qubernator vurğulayıb ki, bugünkü görüş Qalyubiyyə ilə Azərbaycanın Abşeron rayonu arasında qardaşlıq əlaqələrinin təcəssümüdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə yüksək ehtiramını ifadə edən qubernator onun dövlət quruculuğu sahəsində dünya miqyasında tanınan şəxsiyyətlərdən olduğunu bildirib: “Azərbaycan liderinin xatirə abidəsinin Misir torpağında yerləşməsi iki ölkə arasında davamlı dostluq əlaqələrini göstərir”.

Qubernator, eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən turizm, investisiya sahələrində əməkdaşlıq münasibətlərinin mövcud olduğunu bildirib və bu əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.

Səfir Elxan Poluxov Qalyubiyyə vilayətinin rəhbərliyinin Misir-Azərbaycan Dostluq Parkına göstərdiyi diqqəti yüksək qiymətləndirib. Diplomat vurğulayıb ki, Azərbaycan-Misir əlaqələrinin təməli Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulub. Hazırda ikitərəfli münasibətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişlənir və inkişaf edir.

Qeyd olunub ki, bu tədbirlərin hər il keçirilməsi ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və qazanılmış nailiyyətlərin gələcək nəsillərə ötürülməsinə şərait yaradır.

Daha sonra Ulu Öndər Heydər Əliyevin parkdakı abidəsi önünə əklil və tər çiçəklər qoyulub.

Nərmin Mustafayeva

Xəbər Lenti

WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası10.05.2026 - 19:54
Kəlbəcərdə ağacəkmə aksiyası - “Yaşıl mirasdan güclü gələcəyə”10.05.2026 - 19:46
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib10.05.2026 - 19:38
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Ulu Öndərin strateji hədəflərinin təzahürüdür10.05.2026 - 19:26
I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib10.05.2026 - 19:16
Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb10.05.2026 - 19:08
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub10.05.2026 - 18:56
Ombudsman Aparatının kollektivi Ümummilli Liderin xatirəsini yad edib10.05.2026 - 18:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib10.05.2026 - 18:36
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Abşeron rayonunda qeyd edilib10.05.2026 - 18:28
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib10.05.2026 - 18:16
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib10.05.2026 - 18:08
Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb10.05.2026 - 17:56
Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb10.05.2026 - 17:55
Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib10.05.2026 - 17:48
Kardioloqlar hər gün nə yeyirlər: ürək sağlamlığı üçün qidalar açıqlandı10.05.2026 - 17:45
ANAMA-nın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib10.05.2026 - 17:36
Brazilya qozunun faydaları nələrdir ?10.05.2026 - 17:35
Mədəniz narahatdırsa, bunları edin10.05.2026 - 17:25
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib10.05.2026 - 17:16
Səhərlər ilıq su içsək, nə olar?10.05.2026 - 17:15
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib10.05.2026 - 17:06
Portağalın hansı faydaları var?10.05.2026 - 17:05
Bu tərəvəz əsl möcüzədir10.05.2026 - 17:00
Ali məktəblər distant təhsilə keçir10.05.2026 - 16:55
Buxarestdə Heydər Əliyevin xatirəsi anılıb10.05.2026 - 16:45
Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır10.05.2026 - 16:35
Rusiyalı həkim astmanın gizli simptomlarını sadaladı10.05.2026 - 16:25
Yeni funksiya müzakirələrə səbəb oldu: "ChatGPT" yaxın şəxslərə bildiriş göndərəcək10.05.2026 - 16:15
ASAP Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirib10.05.2026 - 16:08
Qaraciyəri təbii yolla təmizləyən əsas qidalar10.05.2026 - 16:05
Britaniyalı alimlərdən unikal kəşf10.05.2026 - 16:00
Yayda zəhərlənmələr artır: İlk dəqiqələrdə nə etmək lazımdır?10.05.2026 - 15:50
"Apple" və "Intel" arasında böyük razılaşma10.05.2026 - 15:40
Naxçıvanda daha iki müəllim sertifikasiyada maksimum nəticə göstərdi10.05.2026 - 15:30
Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır10.05.2026 - 15:20
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib10.05.2026 - 15:10
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək10.05.2026 - 15:00
Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib10.05.2026 - 15:00
Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir10.05.2026 - 14:40
Qusarda komandalararası şahmat turnirinin qalibləri mükafatlandırılıb10.05.2026 - 14:15
Ulu Öndər Heydər Əliyevin xatirəsi Niderlandda da anılıb10.05.2026 - 13:50
Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib10.05.2026 - 13:30
Ştutqartdakı Azərbaycan Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib10.05.2026 - 13:10
Mədəniyyət xadimləri Ulu Öndərin məzarını ziyarət ediblər10.05.2026 - 12:55
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi10.05.2026 - 12:40
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub10.05.2026 - 12:25