Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.
Ombudsman Aparatının mətbuat xidmətindən “Tehsil365"ə bildirilib ki, əvvəlcə Ulu Öndərin məzarı önünə tər güllər düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi yad olunub, məzarı önünə güllər qoyulub.

