Naxçıvanda sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin 3-cü gününün 1-ci seansında daha iki müəllim maksimum nəticə göstərərək 60 bal toplayıb.
“Tehsil365“ xəbər verir ki, Şərur rayon Şahbulaq kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Sona Cəfərova və Şərur rayon Gümüşlü kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nərmin Bağırova sertifikasiya imtahanında bütün sualları düzgün cavablandıraraq ən yüksək nəticəni əldə ediblər.

