Mayın 7- də Azərbaycan Dillər Universitetinin (ADU) German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının professoru, filologiya elmləri doktoru Şəhla Nağıyeva tərəfindən Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının doktorantları üçün “İngilis ədəbiyyatında poetik üslub və onun Azərbaycan dilinə tərcüməsində ekvivalentlik problemləri” mövzusunda seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, seminarda poetik üslubun xüsusiyyətləri, şeir tərcüməsində ekvivalentlik, metaforların tərcüməsi, qafiyə və ritmin qorunması, milli koloritin ifadəsi, formal və dinamik ekvivalentlik prinsipləri ilə bağlı məlumat verilib. Həmçinin Uilyam Bleyk, Edgar Alan Pou və Uilliam Şekspir kimi klassiklərin əsərləri əsasında praktik təhlillər təqdim olunub.

