Keçmiş sovet voleybolçusu Vera Lantratova idman karyerası ərzində qazandığı uğurlarla dünya voleybol tarixində iz qoyub.
“Tehsil365” xəbər verir ki, O, 1947-ci il mayın 11-də Bakı şəhərində anadan olub.
Vera Lantratova uzun illər SSRİ yığmasının və Neftçi klubunun heyətində çıxış edib. O, yüksək peşəkarlığı və uğurlu oyunu ilə komandasının əsas oyunçularından biri kimi tanınıb.
İdmançı karyerası ərzində Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalibi olub. Qazandığı nailiyyətlərə görə ona “SSRİ əməkdar idman ustası” fəxri adı verilib.
Vera Lantratova 2021-ci il aprelin 20-də vəfat edib. Onun adı dünya voleybolunun yadda qalan idmançıları sırasında çəkilir.

