Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədov Birinci Qarabağ müharibəsində göstərdiyi şücaətlə xalqın yaddaşında qəhrəman kimi qalıb.
“Tehsil365” xəbər verir ki, O, 1975-ci il mayın 11-də Dağlı kəndinda anadan olub.
Natiq Məmmədov gənc yaşlarından Vətənə xidmət yolunu seçərək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi igidlik və cəsarət onun döyüş yoldaşları tərəfindən daim yüksək qiymətləndirilib.
O, 1994-cü il oktyabrın 4-də Gəncə şəhərində baş verən hadisələr zamanı şəhid olub. Ölümündən sonra göstərdiyi xidmətlərə görə Natiq Məmmədova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bu gün onun xatirəsi Azərbaycanda ehtiramla yad edilir, adı qəhrəmanlıq nümunəsi kimi gənc nəslə örnək göstərilir.

