Azərbaycanın tanınmış dövlət və ictimai xadimlərindən olan Yusif Abdullayev uzun illər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib.
“Tehsil365” xəbər verir ki, O, 1902-ci il dekabrın 31-də Bakı şəhərində anadan olub.
Yusif Abdullayev müxtəlif dövrlərdə məsul vəzifələrdə çalışaraq Azərbaycan OADKYC komitəsinin sədri olub. O, həmçinin Stepanakert seçki dairəsindən SSRİ Ali Sovetinə Azərbaycan SSR deputatı seçilərək dövlət idarəçiliyində fəaliyyət göstərib.
Onun fəaliyyəti dövründə ictimai və siyasi sahədə həyata keçirilən işlər ölkənin idarəçilik tarixində öz yerini tutub. Yusif Abdullayev 1979-cu il mayın 11-də Bakı şəhərində vəfat edib.

