Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov Birinci Qarabağ müharibəsində göstərdiyi igidliklə Azərbaycanın qəhrəman oğulları sırasında xüsusi yer tutur.
“Tehsil365” xəbər verir ki, O, 1967-ci il fevralın 22-də Quzanlı qəsəbəsində anadan olub.
Rövşən Hüseynov Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib və cəsarəti ilə döyüş yoldaşlarının rəğbətini qazanıb. Birinci Qarabağ müharibəsinin ən ağır günlərində ön cəbhədə vuruşaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparıb.
O, 1992-ci il mayın 11-də Şıxarx istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Rövşən Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bu gün onun adı Azərbaycanın qəhrəmanlıq tarixində ehtiramla yad olunur və gənc nəslə vətənpərvərlik nümunəsi kimi təqdim edilir.

