Təhsil 365 - Logo Mobile

“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram

7211.05.2026 - 08:50
“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram

“İRƏLİ” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gənc vokalçı Riad Ağanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İthaf” adlı solo konserti baş tutub.

“Tehsil365” xəbər verir ki, “İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, konsert proqramı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini, milli-mənəvi dəyərlərə bağlılığını və Azərbaycan mədəniyyətinə göstərdiyi xüsusi diqqəti musiqinin dili ilə tamaşaçılara çatdırıb. Gənc vokalçı Riad Ağanın ifasında səsləndirilən biri-birindən rəngarəng əsərlər dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Gənc vokalçının müəllimi, Əməkdar artist Ramil Qasımov çıxış edərək onun gənc olmasına baxmayaraq səhnədə peşəkar yanaşması, musiqiyə həssas münasibəti və tamaşaçı ilə qurduğu səmimi emosional bağ ilə seçildiyini bildirib. O qeyd edib ki, Riadın repertuar seçimində milli musiqiyə və klassik vokal ənənələrinə xüsusi diqqət hiss olunur.

Ramil Qasımov vurğulayıb ki, gənc ifaçının səhnə mədəniyyəti, zəhmətkeşliyi və sənətə bağlılığı onun gələcəkdə Azərbaycan vokal sənətində özünəməxsus yer tutacağına böyük ümid yaradır və eyni zamanda onun təşkilatçılıq bacarıqları hər zaman təqdirəlayiqdir.

Konsertdə Tofiq Quliyevin “Azərbaycan”, Sevil Əliyevanın “Əziz ana”, Fikrət Əmirovun “Mən səni araram”, Emin Sabitoğlunun “Şükriyyə”, “Ayrılıq”, Hacı Xanməmmədovun “Gözünə qurban”, Oqtay Kazıminin “Ey xəyal” və digər bəstəkar və xalq mahnıları ifa olunub. Vokalçını pianoçu Cəlal Səmədov müşayiət edib.

Riad Ağa səhnə fəaliyyəti ilə yanaşı, ictimai və mədəni sahədə həyata keçirilən layihələrdə də fəal iştirak edir. O, ictimai fəallıq və səhnədə nümayiş etdirdiyi peşəkar vokal ifaları və özünəməxsus təqdimat tərzi ilə də diqqət çəkir. İfa etdiyi əsərlərə həssas yanaşması, səhnə mədəniyyəti və tamaşaçı ilə qurduğu emosional bağ onun musiqiyə olan bağlılığını və sənətə peşəkar münasibətini aydın şəkildə nümayiş etdirir.

Riad Ağa bugünədək solo konsert proqramları ilə çıxış edib, “İlin könüllüsü” və “İlin gənci” nominasiyaları üzrə təltif olunub.

Zeynəb Quluyeva

Xəbər Lenti

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq11.05.2026 - 11:25
Türkiyə universitetlərində Azərbaycan filmləri nümayiş etdirilir11.05.2026 - 11:00
"Ev tapşırıqları şagirdin məsuliyyət hissini formalaşdırır"- AÇIQLAMA11.05.2026 - 09:56
Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb11.05.2026 - 09:43
ADU-da "4-cü Beynəlxalq Türk Dili və Ədəbiyyatı Tədrisi Simpoziumu" keçiriləcək11.05.2026 - 09:30
Kainatda həyat təsadüf deyil? - Fiziklərdən yeni araşdırma11.05.2026 - 09:18
Dünyanın aparıcı universitetlərinə kiberhücum edilib11.05.2026 - 09:03
OYU-da Dizayn ixtisası üzrə istehsalat təcrübəsinin yekun qiymətləndirilməsi keçirilib11.05.2026 - 08:37
Bu günə olan hava proqnozu 11.05.2026 - 08:26
BDU-da maarifləndirici tədbir: “Səhvlərindən öyrən”11.05.2026 - 08:15
Ürək sağlamlığı üçün qidalar açıqlanıb 11.05.2026 - 08:03
BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib11.05.2026 - 07:51
BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar11.05.2026 - 07:40
BDU THİK “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirib11.05.2026 - 07:32
ADU-da poetik üslub və tərcümədə ekvivalentlik problemlərinə həsr olunmuş seminar keçirilib11.05.2026 - 07:20
ADU tələbələri məktəbdə maarifləndirici vətənpərvərlik tədbiri keçiriblər11.05.2026 - 07:09
Xüsusi məktəblərin işçi heyəti rəsmi proqnozlarda nəzərə alınmır11.05.2026 - 07:00
Qax rayonunda An-2 təyyarə qəzası Azərbaycan aviasiya tarixində faciəli hadisələrdən biri kimi xatırlanır11.05.2026 - 06:18
Şamil Süleymanlı sənət fəaliyyəti ilə tamaşaçıların rəğbətini qazanıb11.05.2026 - 06:00
Rövşən Hüseynov qəhrəmanlığı ilə xalqın yaddaşında yaşayır11.05.2026 - 05:42
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid mayor Abbas Qasımova həsr olunacaq- FOTO+VİDEO11.05.2026 - 05:39
Yusif Abdullayev ictimai-siyasi fəaliyyəti ilə yadda qalıb11.05.2026 - 05:18
Gülnar Məmmədova Azərbaycan şahmatında mühüm uğurlara imza atıb11.05.2026 - 05:06
Natiq Məmmədov Vətən uğrunda canından keçən qəhrəmanlardan biri kimi anılır11.05.2026 - 04:54
Vera Lantratova voleybol tarixində uğurları ilə yadda qalıb11.05.2026 - 04:36
Maqsud İbrahimbəyov Azərbaycan ədəbiyyatı və kinosunda dərin iz qoyub11.05.2026 - 04:18
Fuad Əbdürrəhmanov haqqında xəbər11.05.2026 - 04:00
WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası10.05.2026 - 19:54
Kəlbəcərdə ağacəkmə aksiyası - “Yaşıl mirasdan güclü gələcəyə”10.05.2026 - 19:46
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib10.05.2026 - 19:38
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Ulu Öndərin strateji hədəflərinin təzahürüdür10.05.2026 - 19:26
I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib10.05.2026 - 19:16
Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb10.05.2026 - 19:08
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub10.05.2026 - 18:56
Ombudsman Aparatının kollektivi Ümummilli Liderin xatirəsini yad edib10.05.2026 - 18:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib10.05.2026 - 18:36
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Abşeron rayonunda qeyd edilib10.05.2026 - 18:28
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib10.05.2026 - 18:16
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib10.05.2026 - 18:08
Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb10.05.2026 - 17:56
Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb10.05.2026 - 17:55
Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib10.05.2026 - 17:48
Kardioloqlar hər gün nə yeyirlər: ürək sağlamlığı üçün qidalar açıqlandı10.05.2026 - 17:45
ANAMA-nın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib10.05.2026 - 17:36
Brazilya qozunun faydaları nələrdir ?10.05.2026 - 17:35
Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb10.05.2026 - 17:28
Mədəniz narahatdırsa, bunları edin10.05.2026 - 17:25