1–3 oktyabr tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) Bakı Türkologiya Qurultayı və Gazi Universitetinin 100 illiyi münasibətilə “4-cü Beynəlxalq Türk Dili və Ədəbiyyatı Tədrisi Simpoziumu” keçiriləcək.
“Tehsil365” xəbər verir ki, simpoziumun məqsədi türk dili və ədəbiyyatının tədrisi sahəsində müasir yanaşmaların müzakirəsi, elmi fikir mübadiləsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.
Tədbir Bakı Türkologiya Qurultayı irsini və Gazi Universitetinin 100 illiyini qeyd etmək məqsədi daşıyır.
Ətraflı məlumat və qeydiyyat: Rəsmi qeydiyyat
E-poçt: [email protected]
Bütün maraqlanan tədqiqatçılar, müəllimlər və tələbələr iştirak etməyə dəvət olunurlar.

