Tərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Tehsil365"in məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb.
Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

