Təhsil 365 - Logo Mobile

Ümummilli Liderin 103-cü ildönümünə və UFAZ-ın 10 illiyinə həsr olunmuş marafon keçirilib

9811.05.2026 - 15:10
Ümummilli Liderin 103-cü ildönümünə və UFAZ-ın 10 illiyinə həsr olunmuş marafon keçirilib

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyətinin 10 illiyinə həsr olunmuş “UFAZ – 10” marafon yarışı keçirilib.

“Tehsil365“ xəbər verir ki, yarış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Atletika Federasiyası, Azərbaycan SavatFederasiyası, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Azərsun”un dəstəyi ilə təşkil olunub.

Beynəlxalq idman standartlarına uyğun keçirilən marafon “Yeddi Gözəl” musiqili fəvvarə kompleksindən başlayaraq “Baku Crystal Hall” istiqamətində davam edib. Ümumi məsafəsi 10 kilometr olan yarışda 192 iştirakçı mübarizə aparıb. Qeydiyyat hər kəs üçün açıq olub və iştirakçılar kişilər, qadınlar və tələbələr kateqoriyaları üzrə yarışıblar.

Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, tələbələr və idmansevərlərarasında ünsiyyətin, həmrəyliyin və komanda ruhunun gücləndirilməsi olub. UFAZ-ın 10 illik yubileyi münasibətilə təşkil olunan marafon universitet icmasını, tələbələri, məzunları və tərəfdaşları bir araya gətirən əlamətdar tədbir kimi yadda qalıb.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov UFAZ-ın ötən 10 il ərzində Azərbaycan ali təhsil məkanında xüsusi yer qazandığını və beynəlxalq təhsil modelinin uğurlu nümunəsinə çevrildiyini qeyd edib. Rektor bildirib ki, ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ yüksək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir.

ADNSU-nun strateji məsələlər üzrə prorektoru, dosent VazehƏskərov isə çıxışında UFAZ-ın 10 illik fəaliyyəti dövründə qazandığı uğurlardan, tələbə və məzunlarının nailiyyətlərindən, eləcə də beynəlxalq tərəfdaşlıq imkanlarından danışıb. O, marafonun yalnız idman yarışı deyil, həm də UFAZ-ın 10 illik inkişaf yolunu simvolizə edən tədbir olduğunu vurğulayıb.

Yarışın nəticələrinə əsasən, kişilər kateqoriyası üzrə I yerə Əli Rzazadə, II yerə Tural Hüseynli, III yerə Samir Hüseynov layiq görülüb. Qadınlar kateqoriyasında I yeri TatyanaƏliyeva, II yeri Yuliya Belkova, III yeri Mahsa Palar tutub. Tələbələr arasında isə I yerin qalibi Əhsən Əliyev, II yerin qalibi Kamal Rzayev, III yerin qalibi Ayxan Ağayev olub.

Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb. Yarış iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərir və Strasburq Universiteti ilə birgə bakalavr və magistratura səviyyələrində ikili diplom proqramları təklif edir. UFAZ 10 illik fəaliyyəti ərzində Azərbaycanda beynəlxalq ali təhsil modelinin inkişafına, mühəndislik və texnologiya sahələrində müasir bilik və bacarıqlara malik beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verib.

Mehriban İbadova

Xəbər Lenti

Vyanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib11.05.2026 - 18:16
Müəllimlərin sertifikasiyasında hansı yeniliklər edilməlidir?11.05.2026 - 18:15
Müəllimləri sertifikasiyadan keçirən şura hansı işləri görür?11.05.2026 - 18:10
İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb11.05.2026 - 18:08
Seçim edərkən diqqətli olun! - Universitetlər üzrə ən rəqabətli İXTİSASLAR11.05.2026 - 18:05
Parisdə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert keçirilib11.05.2026 - 17:56
Cənubi Koreya ordusunda insanları robotlar əvəzləyəcək? - Nazirlikdən qərar11.05.2026 - 17:55
Bugünkü Azərbaycan Heydər Əliyev siyasi irsinin ləyaqət rəmzidir11.05.2026 - 17:55
Salyanda Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olundu11.05.2026 - 17:50
WUF13-də Startap Pavilyonu təqdim olunacaq11.05.2026 - 17:46
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində11.05.2026 - 17:45
Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb11.05.2026 - 17:45
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızını mişarla qətlə yetirdi11.05.2026 - 17:40
Ötən həftə ərzində 12-si azyaşlı olmaqla 32 nəfər xilas edilib11.05.2026 - 17:38
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA11.05.2026 - 17:35
Astmanın gizli simptomları üzə çıxdı11.05.2026 - 17:30
2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü11.05.2026 - 17:26
Toxunanda incitsə də, bir çox xəstəliyin dərmanıdır11.05.2026 - 17:25
"iPhone"nunuz təhlükədədir - Hansı parametrlər cihazı məhv edir?11.05.2026 - 17:25
Azərbaycanda məktəblərin 90 %-i təmir olunub - Nazir11.05.2026 - 17:20
Qazi Universitetinin tələbələrinə Heydər Əliyevin dövlətçilik irsi barədə danışılıb11.05.2026 - 17:16
Qaraciyər sağlamlığı üçün ƏSAS QİDALAR11.05.2026 - 17:15
B12 çatışmazlığı üçün ideal 5 QİDA11.05.2026 - 17:15
Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq11.05.2026 - 17:10
Azərbaycan Avropa Həftəsində təmsil olunub11.05.2026 - 17:06
Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil11.05.2026 - 17:05
Yaraları necə sağaltmaq olar?11.05.2026 - 17:05
Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilinib11.05.2026 - 17:00
Sağlam Həyat Rutini Nədir?11.05.2026 - 17:00
Bunu için, xərçəngdən qorunun11.05.2026 - 16:55
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı11.05.2026 - 16:55
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq11.05.2026 - 16:50
Bu bitkini sadəcə üfləməyin həm də dəmləyib için – Çox xəstəliklərə dərmandır11.05.2026 - 16:45
Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 27 % artıb11.05.2026 - 16:45
İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər11.05.2026 - 16:35
Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 %-ə yaxın azalıb11.05.2026 - 16:35
Çin "Tyançjou-10" yük kosmik gəmisini orbital stansiyaya buraxıb11.05.2026 - 16:25
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar apreldə 16 % artıb11.05.2026 - 16:15
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı apreldə kəskin azalıb11.05.2026 - 16:05
Havanın çirklənməsi insan bədənini gizlicə dəyişirmiş11.05.2026 - 16:00
Antarktida ilə bağlı qorxunc proqnoz11.05.2026 - 15:50
Fiziklər heyrətamiz nəticəyə gəlirlər: Həyat "dəqiq hesablanma" sayəsində mövcuddur11.05.2026 - 15:40
Venerada "sağ qalan" metal hissələr alimləri təəccübləndirdi11.05.2026 - 15:30
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı 11.05.2026 - 15:20
Bu il bölgələrdə 100-dən artıq modul tipli məktəb tikiləcək11.05.2026 - 15:00
Həkim peşəsinin ən çətin tərəfləri hansılardır? - Aydın Əliyev11.05.2026 - 14:00
Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir11.05.2026 - 13:50