Təhsil 365 - Logo Mobile

Havanın çirklənməsi insan bədənini gizlicə dəyişirmiş

10211.05.2026 - 16:00
Havanın çirklənməsi insan bədənini gizlicə dəyişirmiş

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik səviyyəsi dəyişməz qalsa belə, piyin toplanmasına və əzələ kütləsinin itirilməsinə səbəb ola bilər.

“Tehsil365“ xəbər verir ki, bu barədə Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun tədqiqatçılarının nəticələri "Diabetes Care" jurnalında dərc olunub.

Alimlər İspaniyada yaşayan, artıq çəki və metabolik sindromdan - yüksək qan şəkəri, hipertoniya və xolesterin mübadiləsinin pozulmasının birləşməsindən əziyyət çəkən 55-75 yaş arası 1454 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar çirklənmə səviyyəsinin yüksək olduğu Barselona da daxil olmaqla, beş fərqli şəhərdə yaşayırdılar.

Tədqiqatçılar havanı çirkləndirən üç əsas amilin - PM2.5 incə dispersiyalı hissəciklərin, azot dioksidinin və əsasən dizel mühərriklərinin fəaliyyəti nəticəsində yaranan hisin təsirini qiymətləndiriblər.

Əksər oxşar tədqiqatlardan fərqli olaraq, yeni araşdırmada alimlər yalnız çəki ölçməklə kifayətlənməyiblər. İştirakçılara üç dəfə - araşdırmanın əvvəlində, bir il sonra və üç il sonra - DXA densitometriyası tətbiq olunub. Bu üsul piy və əzələ toxumasının miqdarını ayrı-ayrılıqda qiymətləndirməyə, həmçinin piyin bədəndə hansı nahiyələrdə toplandığını dəqiq müəyyən etməyə imkan verir.

Məlum olub ki, daha çirkli havası olan ərazilərdə yaşayan insanlarda zaman keçdikcə bədəndəki piy faizi artır, əzələ kütləsi isə azalır. Xüsusilə, hislə bağlı güclü əlaqə müşahidə olunub. Belə ki, üç il ərzində ən çirkli bölgələrin sakinləri təxminən bir kiloqram əzələ toxuması itiriblər.

Bundan əlavə, tədqiqat ilk dəfə olaraq havanın çirklənməsi ilə daxili orqanları əhatə edən qarın boşluğundakı dərin piyin - visseral piyin toplanması arasında əlaqəni ortaya qoyub. Bu növ piy xüsusilə təhlükəli hesab olunur. Çünki o, xroniki iltihab, diabet və ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir.

Tədqiqatçıların sözlərinə görə, xırda çirkləndirici hissəciklər qan dövranına daxil olaraq sistemli iltihab yarada bilər. Bu isə maddələr mübadiləsinə və bədəndə piyin paylanmasına təsir göstərir.

Bununla belə, müəlliflər vurğulayırlar ki, bu araşdırma yalnız əlaqəni aşkar edib və hələlik birbaşa səbəb-nəticə münasibətini tam sübut etmir.

Mehriban İbadova

Xəbər Lenti

Azərbaycanda attestat alanların sayı ilə bağlı diqqətçəkən STATİSTİKA29.08.2026 - 05:58
İTV 21 yaşını qeyd edir29.08.2026 - 05:51
Pedaqoji Universitetdə 14 ixtisas üzrə DS keçid balı 500-ün üzərindədir29.08.2026 - 05:44
ADNSU SABAH qruplarının növbəti beynəlxalq uğuru29.08.2026 - 05:35
ADNSU-da birinci kurs tələbələri üçün təhsil haqqının hissə-hissə ödənilməsi imkanı yaradılıb29.08.2026 - 05:25
350-dən çox məktəb bağlanıb - STATİSTİKA29.08.2026 - 05:16
Bu günün hava PROQNOZU29.08.2026 - 05:08
Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür29.08.2026 - 05:00
“Sea Breeze” ərazisində Yay İdman Festivalı başa çatıb29.08.2026 - 04:51
Azərbaycan Tibb Universiteti bütün əməkdaşlarına xəbərdarlıq edir!29.08.2026 - 04:42
ATU komandası “2026- Enactus Azərbaycan Milli Yarışı”nın final mərhələsində iştirak edir29.08.2026 - 04:34
Ali təhsil müəssisələrinə qəbul olunanların my.gov.az portalı üzərindən qeydiyyatı başlayır29.08.2026 - 04:25
RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub29.08.2026 - 04:17
BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”29.08.2026 - 04:09
BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır29.08.2026 - 04:02
AzMİU-da qəbul planı 98,91 faiz yerinə yetirilib28.08.2026 - 16:41
Yüksək nəticə göstərən 7 şagird “Gənc istedadlar” liseyinə qəbul olunub28.08.2026 - 16:38
BMU-PKTU ikili diplom proqramı çərçivəsində ilk tələbə qrupu Çinə yola salınıb28.08.2026 - 16:36
Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib28.08.2026 - 16:34
NDU-da rekord göstərici: 600-dən yuxarı bal toplayan tələbələrin sayında kəskin artım28.08.2026 - 16:32
ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb28.08.2026 - 16:22
NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub28.08.2026 - 16:19
Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı28.08.2026 - 16:18
UNEC ilə Özbəkistanın ali məktəbləri arasında akademik və elmi tərəfdaşlıq genişləndiriləcək28.08.2026 - 16:15
BMU-ya qəbul göstəriciləri son illərin ən yüksək səviyyəsinə çatıb28.08.2026 - 16:00
ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub28.08.2026 - 15:58
Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb28.08.2026 - 15:57
AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal28.08.2026 - 15:54
AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub28.08.2026 - 15:49
ETN Türkiyə Prezidentinin Qarabağ Universiteti ilə bağlı qərarını şərh edib28.08.2026 - 15:44
Daxili müsahibə elan edilir28.08.2026 - 15:23
Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib28.08.2026 - 15:12
Tələbə adını qazananlar bu gün qeydiyyatdan keçməlidir28.08.2026 - 05:58
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb28.08.2026 - 05:42
Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlar (I mərhələdən sonra)28.08.2026 - 05:35
Sosial iş ixtisası üzrə universitetlər arasında 250 BALLIQ FƏRQ28.08.2026 - 05:29
Tanınmış aparıcı tələbə oldu28.08.2026 - 05:21
Günün havası - 35 dərəcə isti, külək...28.08.2026 - 05:13
Kompüter mühəndisliyində keçid balları belə dəyişdi 28.08.2026 - 05:02
Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb28.08.2026 - 04:52
Bu ilin ikinci Ay tutulması başlayıb28.08.2026 - 04:41
BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub28.08.2026 - 04:32
“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib28.08.2026 - 04:24
ADNSU-da Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş kitab sərgisi təşkil olunub28.08.2026 - 04:17
Sumqayıt Dövlət Universitetinə qəbul olunanların nəzərinə!28.08.2026 - 04:09
ATU-nu bir gimnaziyadan 21 şagird seçdi: 11 “A” sinfindən 13 məzun28.08.2026 - 04:02
Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli: “15-16 il öncəki abituriyentlərlə indiki tələbələr arasında müsbətə doğru böyük fərq var"27.08.2026 - 18:50
500-dən yuxarı bal toplayan 100-dən çox abituriyent kənarda qaldı27.08.2026 - 16:06