Bu ilin yanvar-aprel aylarında dövlət qurumlarına 368 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
“Tehsil365“in Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.
Kibertəhdidlərin 264-ü daxili araşdırma, 107-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə apreldə isə 94 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 16 % çoxdur.
2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

