Təhsil 365 - Logo Mobile

Müəllimlərin sertifikasiyasında hansı yeniliklər edilməlidir?

8111.05.2026 - 18:15
Müəllimlərin sertifikasiyasında hansı yeniliklər edilməlidir?

AzEdu.az Təhsil Portalı Müəllimlərin sertifikatlaşdırılması prosesi, onun cari qaydaları və təhsilverənlərin onlara münasibətini əks etdirən sorğu keçirir.

Tehsil365” Modern.az-a istinadla xəbər verir ki, təqdim olunan kəmiyyət sorğusu sertifikasiya prosesinin müsbət və mənfi qarşılanan detallarının üzə çıxmasına zəruri şərait yaradacaq. Sorğunun məqsədi təhsilverənlərin real təcrübələrini, qarşılaşdıqları çətinlikləri və proseslə bağlı fikirlərini bir araya toplamaqdır.

Sosial şəbəkələrdə müxtəlif fənlərlə bağlı keçirilən sertifikasiyalardan sonra müəllimlərin müəyyən məsələlərlə bağlı narazılıq və təkliflərinin şahidi olmuşuq.

Daha çox narazılıq yaradan detalların dəqiqləşdirilməsi məqsədilə keçirilən sorğunun nəticələri həm də AzEdu Analitik Təhsil Mərkəzi tərəfindən hazırlanacaq hesabata daxil ediləcək.

Beləliklə, bu nəticələr həm də gələcək təhlil və ictimai müzakirələr üçün mühüm baza rolunu oynayacaq.

Sorğu aidiyyati qurumlara müəllimlərin fikir və düşüncələrini, müəyyən hadisələrlə bağlı rəylərinin çatdırılması və dataların təqdimi baxımından dəstək xarakterlidir.

Bu səbəbdən də AzEdu Təhsil Platforması olaraq aidiyyati qurumların sorğu nəticələri və analitik materiallarına ictimai dəstək xarakterli motiv kimi yanaşacaqlarına ümid edirik.

Bu baxımdan, mövcud narazılıqların real həlli istiqamətində addımların atılmasına zəmin yaratmaq məqsədilə müəllimləri sorğuda fəal iştirak etməyə dəvət edirik.

Sorğuda iştirak etmək istəyən oxucular AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olub (kompüterdə sağ alt küncdə, mobil cihazlarda isə saytın aşağı hissəsində yerləşən sorğu panelində) müvafiq suala cavab verərək “Səs ver” düyməsini sıxa bilərlər.

SUAL: Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?

-Əmək haqqı artımının konkret keçid balı əsasında deyil, differensial qaydada tətbiqi;

-Kurikulum məzmununa aid sualların sayının azaldılması və praktik biliklərə üstünlük verilməsi;

-Müsahibə mərhələsinin nəticələrinin əməkhaqqı artımında nəzərə alınması;

-Müəllimlərin İKT bacarıqlarının sertifikasiyadan öncə inkişaf etdirilməsi;

-MİQ-dən keçən müəllimlərin sertifikasiya prosesinə 3 il gözləmədən cəlb edilməsi;

-Məktəb direktorları və müavinlərinin də sertifikasiya prosesinə daxil edilməsi;

-Sertifikatlaşdırmadan bir dəfə uğursuz nəticə göstərmiş təhsilverənlərə təkrar iştirak üçün iki dəfə imkan yaradılması;

-Sertifikatlaşdırmada könüllü iştirak edən 60 yaşdan yuxarı müəllimlərin əməkhaqqı üzrə imtiyazlarının genişləndirilməsi;

-Müəllimlərin fərdi uğur göstəricilərinin, tədqiqat işlərinin sertifikasiya qiymətləndirilməsinə tətbiqi;

-Sertifikasiyanın test imtahan mərhələsi üçün nəzərdə tutulan vaxtın artırılması;

-Müsahibə mərhələsindəki qayda və tələblərin tətbiqi;

-Digər variant. (Burada sizin öz fərdi təklif və təşəbbüsünüz ola bilər. Əlavə təklifləri AzEdu Təhsil Portalının vatsap nömrəsinə yollaya bilərsiniz: 055 329 48 78)

Sorğu 11 may 2026-cı il tarixindən etibarən başlayır və 20 may 2026-cı il saat 23:59-dək davam edəcək

Fatimə Cəfərzadə

Xəbər Lenti

Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI11.05.2026 - 19:56
"Örnək müəllim"dən uğurlu NƏTİCƏ11.05.2026 - 19:48
Kainatın ən böyük simulyasiyası yaradıldı11.05.2026 - 19:36
Növbəti iki gündə rayonlara dolu düşəcək11.05.2026 - 19:28
İranda alim edam edildi11.05.2026 - 19:16
Türkiyədə azərbaycanlı tələbələrə təqaüd veriləcək! – AKİD-dən yeni layihə11.05.2026 - 19:08
Gəncədə 16 yaşlı oğlanın meyiti tapılıb11.05.2026 - 18:56
AzEdu Təhsil xidmətləri və Konsultasiya Mərkəzi yaradıldı11.05.2026 - 18:48
Aİ Rusiyanın uşaq düşərgələrinə sanksiyalar tətbiq edib11.05.2026 - 18:36
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI11.05.2026 - 18:30
Yunanıstan qədim Roma abidələrini bərpa edəcək11.05.2026 - 18:28
Vyanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib11.05.2026 - 18:16
Müəllimləri sertifikasiyadan keçirən şura hansı işləri görür?11.05.2026 - 18:10
İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb11.05.2026 - 18:08
Seçim edərkən diqqətli olun! - Universitetlər üzrə ən rəqabətli İXTİSASLAR11.05.2026 - 18:05
Parisdə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert keçirilib11.05.2026 - 17:56
Cənubi Koreya ordusunda insanları robotlar əvəzləyəcək? - Nazirlikdən qərar11.05.2026 - 17:55
Bugünkü Azərbaycan Heydər Əliyev siyasi irsinin ləyaqət rəmzidir11.05.2026 - 17:55
Salyanda Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olundu11.05.2026 - 17:50
WUF13-də Startap Pavilyonu təqdim olunacaq11.05.2026 - 17:46
Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb11.05.2026 - 17:45
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində11.05.2026 - 17:45
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızını mişarla qətlə yetirdi11.05.2026 - 17:40
Ötən həftə ərzində 12-si azyaşlı olmaqla 32 nəfər xilas edilib11.05.2026 - 17:38
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA11.05.2026 - 17:35
Astmanın gizli simptomları üzə çıxdı11.05.2026 - 17:30
2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü11.05.2026 - 17:26
"iPhone"nunuz təhlükədədir - Hansı parametrlər cihazı məhv edir?11.05.2026 - 17:25
Toxunanda incitsə də, bir çox xəstəliyin dərmanıdır11.05.2026 - 17:25
Azərbaycanda məktəblərin 90 %-i təmir olunub - Nazir11.05.2026 - 17:20
Qazi Universitetinin tələbələrinə Heydər Əliyevin dövlətçilik irsi barədə danışılıb11.05.2026 - 17:16
Qaraciyər sağlamlığı üçün ƏSAS QİDALAR11.05.2026 - 17:15
B12 çatışmazlığı üçün ideal 5 QİDA11.05.2026 - 17:15
Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq11.05.2026 - 17:10
Azərbaycan Avropa Həftəsində təmsil olunub11.05.2026 - 17:06
Yaraları necə sağaltmaq olar?11.05.2026 - 17:05
Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil11.05.2026 - 17:05
Sağlam Həyat Rutini Nədir?11.05.2026 - 17:00
Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilinib11.05.2026 - 17:00
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı11.05.2026 - 16:55
Bunu için, xərçəngdən qorunun11.05.2026 - 16:55
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq11.05.2026 - 16:50
Bu bitkini sadəcə üfləməyin həm də dəmləyib için – Çox xəstəliklərə dərmandır11.05.2026 - 16:45
Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 27 % artıb11.05.2026 - 16:45
Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 %-ə yaxın azalıb11.05.2026 - 16:35
İnternetdə ən çox yayılmış şifrə - Hakerlər tərəfindən bir saniyədə sındırıla bilər11.05.2026 - 16:35
Çin "Tyançjou-10" yük kosmik gəmisini orbital stansiyaya buraxıb11.05.2026 - 16:25