Azərbaycan muğam və estrada sənətinin tanınmış nümayəndələrindən olan Sara Qədimova özünəməxsus səsi və zəngin repertuarı ilə milli musiqi tarixində xüsusi yer tutub.
“Tehsil365” xəbər verir ki, O, uzun illər ərzində Azərbaycan musiqisinin inkişafına mühüm töhfələr verib.
Sara Bəbiş qızı Qədimova 31 may 1922-ci ildə Bakıda anadan olub. Gənc yaşlarından musiqiyə maraq göstərən sənətkar sonralar Azərbaycan səhnəsinin ən sevilən xanəndələrindən birinə çevrilib.
Onun ifasında səslənən xalq mahnıları və muğam nümunələri dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Sara Qədimova milli musiqi ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində də mühüm xidmətlər göstərib.
Sənət fəaliyyətinə görə 1963-cü ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülən xanəndə 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti kimi fəaliyyət göstərib.
Sara Qədimova 12 may 2005-ci ildə Bakıda vəfat edib. Onun zəngin yaradıcılığı və ifaları Azərbaycan musiqi mədəniyyətinin qiymətli irsi kimi bu gün də yaşamaqdadır.

