“BDU könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən “Evrika” İntellektual Oyunlar Klubunun təşəbbüsü ilə “Zəka pillələri” intellektual oyunu keçirilib.
“Tehsil365” xəbər verir ki, yarış seçim və final olmaqla iki mərhələdən ibarət olub. Seçim mərhələsi “Nə? Harada? Nə zaman?” tipli, final isə “Xəmsə” oyunu formatında təşkil olunub. Müxtəlif sahələri əhatə edən suallar iştirakçıların həm dünyagörüşünü, həm də çevik düşüncə qabiliyyətini yoxlamağa xidmət edib.
13 komandanın iştirak etdiyi seçim mərhələsinin nəticələrinə əsasən, “İmarət”, “Paradoks”, “Teseyin gəmisi”, “160 VİBES” komandaları final turuna vəsiqə qazanıb.
Final turunda isə “160 VİBES” komandası I, “Paradoks” komandası II, “Tesey gəmisi” komandası isə III yerə layiq görülüb.

