Təhsil 365 - Logo Mobile

İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar

7412.05.2026 - 17:16
İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar

Bakı Mühəndislik Universitetində (BMU) “İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər” mövzusunda seminar təşkil edilib.

Universitetdən “Tehsil365"ə bildirilib ki, seminarda BMU-nun Memarlıq və inşaat fakültəsinin professor-müəllim heyəti, tələbələr, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Dilqəm Qəniyev, “Hydrotrans Engineering” Mühəndislik Mərkəzinin əməkdaşları iştirak ediblər.

Öncə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə olan və seminarın əsas məruzəçisi qismində çıxış edən Elçin Abdullayev haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Almaniyanın “Kirn Ingenieure” şirkətində infrastruktur və mülki tikinti üzrə baş layihə rəhbəri vəzifəsində çalışan E.Abdullayev şəhər infrastrukturu, nəqliyyat sistemləri və dayanıqlı mühəndislik həlləri sahəsində geniş beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, Almaniyada müxtəlif infrastruktur layihələrinin idarə olunması, müasir urbanizasiya çağırışları və iqlim dəyişikliklərinin şəhər mühitinə təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələrdə iştirak edib.

BMU-nun rektoru Yaqub Piriyev beynəlxalq təcrübəyə malik mütəxəssislərin iştirakı ilə təşkil olunan bu cür elmi-praktik tədbirlərin ali təhsil müəssisələri üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, iqlim dəyişiklikləri, dayanıqlı şəhərsalma və müasir infrastruktur sistemlərinin formalaşdırılması məsələləri hazırda qlobal elmi və mühəndislik gündəliyinin prioritet istiqamətlərindəndir. Bu baxımdan tələbə və gənc tədqiqatçıların beynəlxalq təcrübə ilə yaxından tanış olması, həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Yaqub Piriyev WUF13 kimi nüfuzlu tədbirin Bakıda keçirilməsinin şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini əlavə edib. Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində dayanıqlı şəhər inkişafı, urbanizasiya proseslərinin idarə olunması və iqlim dəyişikliklərinin şəhər mühitinə təsirlərinin elmi baxımdan araşdırılmasının aktuallığını diqqətə çatdırıb.

Sonra məruzə ilə çıxış edən Elçin Abdullayev iqlim dəyişikliklərinin şəhər infrastrukturlarına təsiri, dayanıqlı mühəndislik yanaşmaları və müasir urbanizasiya prosesləri ilə bağlı elmi-praktik məsələlərə toxunub. Qeyd olunub ki, son illərdə qlobal iqlim dəyişiklikləri nəticəsində şəhər mühitində müşahidə olunan risklər infrastruktur sistemlərinin daha davamlı və adaptiv prinsiplər əsasında layihələndirilməsini zəruri edir. Məruzədə dayanıqlı nəqliyyat sistemləri, su idarəetmə mexanizmləri, ekoloji cəhətdən səmərəli mühəndislik həlləri və ağıllı şəhər konsepsiyalarının tətbiqi istiqamətində beynəlxalq təcrübələr ətraflı təqdim olunub.

Seminar müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Doqquzuncu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı başlayır12.05.2026 - 19:57
Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə Bursada “Qaynana” filmi nümayiş olunub12.05.2026 - 19:52
Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir12.05.2026 - 19:45
Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti12.05.2026 - 19:36
MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur12.05.2026 - 19:28
Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa12.05.2026 - 19:21
“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat12.05.2026 - 19:15
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib12.05.2026 - 19:08
BDU-da altıncı ixtisaslaşmış Karyera Sərgisi təşkil edilib12.05.2026 - 18:56
“Gənc tədqiqatçılar” konfransı: ADAU-nun əczaçı tələbələri biliklərini nümayiş etdiriblər12.05.2026 - 18:48
“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb12.05.2026 - 18:36
Bakıda fitoterapiya sahəsində yenilik – “Təbiətin gizli hikməti” kitabı işıq üzü görüb12.05.2026 - 18:28
III Türk Dünyası Gənc Akademiklərinin Beynəlxalq Konqresi işə başlayıb12.05.2026 - 18:16
ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib12.05.2026 - 18:08
AzTU komandası “Game Summit 2026”nın qalibi oldu12.05.2026 - 17:56
NDU-da Magistrantların XV Regional Konfransı təşkil olunub12.05.2026 - 17:55
Mətbuat Şurası medianı həssas olmağa çağırdı12.05.2026 - 17:50
AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda12.05.2026 - 17:48
Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib12.05.2026 - 17:45
MEDİA onlayn media üçün müsabiqə elan etdi 12.05.2026 - 17:45
Azərbaycan mediası reallıqları dünyaya düzgün çatdırmalıdır12.05.2026 - 17:40
MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub12.05.2026 - 17:36
İlham Əliyevin sülh strategiyası - MEDİA-da müzakirə oldu12.05.2026 - 17:35
“Məktəbli Qızlar” turnirinə yekun vurulub12.05.2026 - 17:35
Təhsil İnstitutu 4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlayıb12.05.2026 - 17:28
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında uğur qazanıb12.05.2026 - 17:25
BDU əməkdaşı İntizam Qarayev vəfat edib🥀12.05.2026 - 17:20
Qarabağ Universiteti mühəndis kadr hazırlığının əsas mərkəzlərindən birinə çevrilir12.05.2026 - 17:15
Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat12.05.2026 - 17:06
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib12.05.2026 - 17:05
Rusiyada məktəbdə silahlı insident baş verib12.05.2026 - 17:00
“Startup School 4” çərçivəsində təlim və infosessiya keçirilib12.05.2026 - 16:55
Pilotsuz laboratoriya fəaliyyətə başladı: robotlar iş başında12.05.2026 - 16:45
“Müasir metodist” layihəsi üzrə müsahibə mərhələsi davam edir12.05.2026 - 16:35
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır12.05.2026 - 16:25
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb12.05.2026 - 16:15
IV və VI siniflər üçün monitorinqin çərçivə sənədi təqdim edildi12.05.2026 - 16:05
460 uşağın dərsə davamiyyəti bərpa olunub12.05.2026 - 16:00
Şəhid övladı imtahanda yüksək nəticə göstərdi12.05.2026 - 15:50
AzTU komandası “Game Summit 2026”nın qalibi olub12.05.2026 - 15:40
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək12.05.2026 - 15:30
Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib12.05.2026 - 15:20
Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət12.05.2026 - 15:10
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər12.05.2026 - 15:00
Ankarada Azərbaycan və Türkiyənin teatr sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib12.05.2026 - 14:45
Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub12.05.2026 - 09:57
Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi12.05.2026 - 09:46