Təhsil 365 - Logo Mobile

MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub

7412.05.2026 - 17:36
MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan alimi və naşiri, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadir Məmmədlinin “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə “Tehsil365"ə MDU-dan məlumat verilib. Təqdimat mərasimində Dilçilik İnstitutunun əməkdaşları, MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açan MDU-nun rektoru Anar Eminov Birinci Türkoloji Qurultayın Azərbaycan və ümumtürk elmi-mədəni fikir tarixində mühüm hadisə olduğunu vurğulayıb. Rektor qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş qurultay türk xalqları arasında elmi, mədəni və dil birliyinin formalaşmasına mühüm töhfə verib, türkologiya elminin inkişafında yeni mərhələnin əsasını qoyub. Anar Eminov bildirib ki, Nadir Məmmədlinin müəllifi olduğu nəşr həmin tarixi hadisəyə müasir elmi baxış təqdim etməklə yanaşı, zəngin arxiv materialları və dövrün mətbuat nümunələri əsasında türkoloji irsin daha dərindən öyrənilməsinə xidmət edir. O, universitetdə humanitar və filoloji istiqamətlər üzrə aparılan elmi fəaliyyətlərin genişləndirilməsinin, milli-mənəvi irsin tədqiqinin və gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin MDU üçün prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Rektor, eyni zamanda, Dilçilik İnstitutu tərəfindən MDU-nun kitabxana fonduna 500-dən çox kitabın hədiyyə edilməsini yüksək qiymətləndirərək bu dəyərli təşəbbüsə görə institut rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Anar Eminov qeyd edib ki, belə nəşrlər universitetdə elmi-tədqiqat mühitinin zənginləşdirilməsinə, tələbə və tədqiqatçıların elmi resurslara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir.

Daha sonra çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, kitabda Birinci Türkoloji Qurultayın keçirildiyi ictimai-siyasi mühit, türkdilli xalqların ortaq əlifba və ədəbi dil məsələləri, eləcə də qurultayın Türk dünyasının inteqrasiyasında oynadığı tarixi rol geniş şəkildə araşdırılıb. Nəşrdə uzun illər elmi ictimaiyyət üçün əlçatan olmayan arxiv sənədləri, stenoqramlar və dövrün mətbuat materialları yer alır. Bu cür tədqiqatlar repressiyaya məruz qalmış türkoloq alimlərin elmi irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Nadir Məmmədli çıxışında Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsəri ilə bağlı həyata keçirilən tədqiqatların da türkologiya elminin inkişafı baxımından əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O bildirib ki, “Divanü lüğat-it-türk” yalnız lüğət deyil, türk xalqlarının dili, etnoqrafiyası, folkloru, coğrafiyası və mədəni yaddaşını özündə əks etdirən zəngin elmi-mədəni abidədir. Professor qeyd edib ki, əsərdə türk tayfalarının dil xüsusiyyətləri, ləhcələri, atalar sözləri, şeir nümunələri və ilk tematik dünya xəritələrindən biri yer alır.

Professor, həmçinin bildirib ki, ötən əsrin 30-cu illərində özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən əsərin ərəb dilindən Azərbaycan dilinə edilmiş ilk tərcüməsinin uzun illər itmiş hesab olunan hissələrinin yenidən üzə çıxarılması türkologiya elmi üçün mühüm hadisə olub.

Nadir Məmmədlinin rəhbərliyi ilə aparılan araşdırmalar nəticəsində həmin materialların Dilçilik İnstitutunun arxivində aşkar olunaraq yenidən elmi ictimaiyyətə təqdim edildiyi vurğulanıb.

İnstitutun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov öz çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni həmrəyliyinin möhkəmləndirilməsində mühüm platforma olduğunu bildirib. O, qurultayın qəbul etdiyi qərarların sonrakı dövrlərdə türkologiya elminin inkişaf istiqamətlərinə ciddi təsir göstərdiyini vurğulayıb. İsmayıl Kazımov Nadir Məmmədlinin tədqiqatının elmi dəyərini yüksək qiymətləndirərək nəşrin həm tədqiqatçılar, həm də gənc filoloqlar üçün mühüm mənbə rolunu oynadığını diqqətə çatdırıb.

Tədbirdə daha sonra “Türkologiyanın böyük uğuru”, “Keçmişdən gələcəyə uzanan tarixi körpü”, “Türkoloji irsin qorunması və gələcək nəsillərə ötürülməsində Nadir Məmmədlinin “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının əhəmiyyəti”, “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının dili və üslubu”, “Birinci Türkoloji Qurultayın tarixi missiyası Nadir Məmmədlinin tədqiqatlarında” və “Latın qrafikalı əlifbaya keçid ideyası “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının işığında” mövzularında məruzələr dinlənilib.

Sonda iştirakçılar müəlliflə fikir mübadiləsi aparıblar.

Nərmin Mustafayeva

Xəbər Lenti

Doqquzuncu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı başlayır12.05.2026 - 19:57
Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə Bursada “Qaynana” filmi nümayiş olunub12.05.2026 - 19:52
Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir12.05.2026 - 19:45
Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti12.05.2026 - 19:36
MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur12.05.2026 - 19:28
Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa12.05.2026 - 19:21
“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat12.05.2026 - 19:15
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib12.05.2026 - 19:08
BDU-da altıncı ixtisaslaşmış Karyera Sərgisi təşkil edilib12.05.2026 - 18:56
“Gənc tədqiqatçılar” konfransı: ADAU-nun əczaçı tələbələri biliklərini nümayiş etdiriblər12.05.2026 - 18:48
“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb12.05.2026 - 18:36
Bakıda fitoterapiya sahəsində yenilik – “Təbiətin gizli hikməti” kitabı işıq üzü görüb12.05.2026 - 18:28
III Türk Dünyası Gənc Akademiklərinin Beynəlxalq Konqresi işə başlayıb12.05.2026 - 18:16
ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib12.05.2026 - 18:08
AzTU komandası “Game Summit 2026”nın qalibi oldu12.05.2026 - 17:56
NDU-da Magistrantların XV Regional Konfransı təşkil olunub12.05.2026 - 17:55
Mətbuat Şurası medianı həssas olmağa çağırdı12.05.2026 - 17:50
AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda12.05.2026 - 17:48
MEDİA onlayn media üçün müsabiqə elan etdi 12.05.2026 - 17:45
Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib12.05.2026 - 17:45
Azərbaycan mediası reallıqları dünyaya düzgün çatdırmalıdır12.05.2026 - 17:40
İlham Əliyevin sülh strategiyası - MEDİA-da müzakirə oldu12.05.2026 - 17:35
“Məktəbli Qızlar” turnirinə yekun vurulub12.05.2026 - 17:35
Təhsil İnstitutu 4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlayıb12.05.2026 - 17:28
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında uğur qazanıb12.05.2026 - 17:25
BDU əməkdaşı İntizam Qarayev vəfat edib🥀12.05.2026 - 17:20
İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar12.05.2026 - 17:16
Qarabağ Universiteti mühəndis kadr hazırlığının əsas mərkəzlərindən birinə çevrilir12.05.2026 - 17:15
Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat12.05.2026 - 17:06
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib12.05.2026 - 17:05
Rusiyada məktəbdə silahlı insident baş verib12.05.2026 - 17:00
“Startup School 4” çərçivəsində təlim və infosessiya keçirilib12.05.2026 - 16:55
Pilotsuz laboratoriya fəaliyyətə başladı: robotlar iş başında12.05.2026 - 16:45
“Müasir metodist” layihəsi üzrə müsahibə mərhələsi davam edir12.05.2026 - 16:35
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır12.05.2026 - 16:25
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb12.05.2026 - 16:15
IV və VI siniflər üçün monitorinqin çərçivə sənədi təqdim edildi12.05.2026 - 16:05
460 uşağın dərsə davamiyyəti bərpa olunub12.05.2026 - 16:00
Şəhid övladı imtahanda yüksək nəticə göstərdi12.05.2026 - 15:50
AzTU komandası “Game Summit 2026”nın qalibi olub12.05.2026 - 15:40
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək12.05.2026 - 15:30
Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib12.05.2026 - 15:20
Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət12.05.2026 - 15:10
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər12.05.2026 - 15:00
Ankarada Azərbaycan və Türkiyənin teatr sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib12.05.2026 - 14:45
Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub12.05.2026 - 09:57
Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi12.05.2026 - 09:46