Təhsil 365 - Logo Mobile

AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda

7312.05.2026 - 17:48
AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Seranit Azərbaycan” və “SinerjiPro” şirkətlərinin dəstəyi ilə “Memarlıq həftəsi”nə start verilib.

AzMİU-dan “Tehsil365"ə bildirilib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan bu həftə memarlıq, şəhərsalma və dizayn sahəsində aktual məsələlərin müzakirəsi, beynəlxalq təcrübənin paylaşılması və gələcəyin memarlıq baxışlarının formalaşdırılması baxımından mühüm platforma kimi çıxış edir.

Tədbirin açılışı AzMİU-nun “In Vision Design Talks Campus” platformasında təşkil olunan “Memarlıq və dizaynın görüş nöqtəsi: gələcəyi formalaşdıran ideyaların səhnəsi” mövzusunda panel müzakirə ilə başlayıb. Paneldə müasir memarlığın çağırışları, innovativ yanaşmalar və şəhərsalmanın perspektivləri geniş müzakirə olunub.

Tədbirdə yerli və xarici qonaqlar, AzMİU rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova çıxışında “Memarlıq həftəsi”nin universitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər tələbələrin nəzəri biliklərinin praktik təcrübə ilə zənginləşdirilməsi, onların beynəlxalq memarlıq gündəmini yaxından izləməsi və peşəkar mühitlə birbaşa əlaqə qurması baxımından olduqca vacibdir. O, universitetin memarlıq və şəhərsalma istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edərək bu təşəbbüslərin gələcək mütəxəssislərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

“Seranit Azərbaycan” şirkətinin rəhbəri Ufuk Polat universitet–sənaye əməkdaşlığının əhəmiyyətinə diqqət çəkərək bildirib ki, müasir memarlıq yalnız estetik yanaşma ilə deyil, eyni zamanda, texnoloji innovasiyalar, dayanıqlı materiallar və insanyönümlü həllər üzərində qurulmalıdır. O, gənc memarların inkişafına dəstəyin şirkətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Panelin moderatoru, Türkiyənin Memar Sinan İncəsənət Universitetinin professoru Osman Arayıcı çıxışında bu cür platformaların fərqli ölkələrin memarlıq məktəblərini bir araya gətirərək yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. Onun sözlərinə görə, memarlıq yalnız bina layihələndirilməsi deyil, həm də şəhərlərin gələcəyinin formalaşdırılması və insanların həyat keyfiyyətinin yüksəldilməsi missiyasını daşıyır.

Tanınmış memar Sinan Kafadar Azərbaycanda həyata keçirdiyi layihələrdən bəhs edərək ölkədə son illərdə müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirib və Azərbaycanın regional memarlıq mərkəzlərindən birinə çevrilmək potensialını vurğulayıb. O, yerli memarlıq ənənələrinin qorunması ilə müasir yanaşmaların vəhdətinin vacibliyini qeyd edib.

Memar Yeşeren Ersan çıxışında süni intellekt texnologiyalarının müasir memarlıq prosesində artan rolundan bəhs edib. O bildirib ki, süni intellekt yalnız texniki alət deyil, eyni zamanda, yaradıcılığı dəstəkləyən və qərarvermə prosesini sürətləndirən mühüm vasitəyə çevrilib.

“Project Bureau Azerbaijan”ın direktoru memar Tusi Əliyev ölkədə həyata keçirilən iri memarlıq və urbanistik layihələrdən danışaraq beynəlxalq təcrübənin yerli bazara inteqrasiyasının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, müasir şəhərsalma yanaşmaları insan mərkəzli planlaşdırma, ekoloji dayanıqlılıq və innovativ həllər üzərində qurulmalıdır.

Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə isə çıxışında gənc memarların peşəkar inkişafına dəstəyin artırılmasının vacibliyini qeyd edib. O bildirib ki, belə tədbirlər gənclərin beynəlxalq memarlıq ictimaiyyəti ilə əlaqələrinin genişlənməsinə və onların peşəkar şəbəkələrinin formalaşmasına mühüm töhfə verir.

İnteraktiv formatda davam edən panel müzakirələr zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb, memarlıq təhsilinin gələcək perspektivləri, beynəlxalq təcrübə proqramları və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. İştirakçıların aktivliyi yüksək qiymətləndirilib və bu kimi platformaların gənc memarların dünyagörüşünün genişlənməsində mühüm rol oynadığı vurğulanıb.

“Memarlıq həftəsi” çərçivəsində növbəti günlərdə müxtəlif mövzularda tədbirlərin, seminarların və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Həftə boyunca iştirakçılar memarlıq və şəhərsalma sahəsində ən son tendensiyalarla tanış olmaq, aparıcı mütəxəssislərlə fikir mübadiləsi aparmaq və yeni peşəkar imkanlar əldə etmək imkanı qazanacaqlar.

Nərmin Mustafayeva

Xəbər Lenti

Doqquzuncu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı başlayır12.05.2026 - 19:57
Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə Bursada “Qaynana” filmi nümayiş olunub12.05.2026 - 19:52
Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir12.05.2026 - 19:45
Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti12.05.2026 - 19:36
MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur12.05.2026 - 19:28
Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa12.05.2026 - 19:21
“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat12.05.2026 - 19:15
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib12.05.2026 - 19:08
BDU-da altıncı ixtisaslaşmış Karyera Sərgisi təşkil edilib12.05.2026 - 18:56
“Gənc tədqiqatçılar” konfransı: ADAU-nun əczaçı tələbələri biliklərini nümayiş etdiriblər12.05.2026 - 18:48
“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb12.05.2026 - 18:36
Bakıda fitoterapiya sahəsində yenilik – “Təbiətin gizli hikməti” kitabı işıq üzü görüb12.05.2026 - 18:28
III Türk Dünyası Gənc Akademiklərinin Beynəlxalq Konqresi işə başlayıb12.05.2026 - 18:16
ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib12.05.2026 - 18:08
AzTU komandası “Game Summit 2026”nın qalibi oldu12.05.2026 - 17:56
NDU-da Magistrantların XV Regional Konfransı təşkil olunub12.05.2026 - 17:55
Mətbuat Şurası medianı həssas olmağa çağırdı12.05.2026 - 17:50
Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib12.05.2026 - 17:45
MEDİA onlayn media üçün müsabiqə elan etdi 12.05.2026 - 17:45
Azərbaycan mediası reallıqları dünyaya düzgün çatdırmalıdır12.05.2026 - 17:40
MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub12.05.2026 - 17:36
İlham Əliyevin sülh strategiyası - MEDİA-da müzakirə oldu12.05.2026 - 17:35
“Məktəbli Qızlar” turnirinə yekun vurulub12.05.2026 - 17:35
Təhsil İnstitutu 4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlayıb12.05.2026 - 17:28
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında uğur qazanıb12.05.2026 - 17:25
BDU əməkdaşı İntizam Qarayev vəfat edib🥀12.05.2026 - 17:20
İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar12.05.2026 - 17:16
Qarabağ Universiteti mühəndis kadr hazırlığının əsas mərkəzlərindən birinə çevrilir12.05.2026 - 17:15
Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat12.05.2026 - 17:06
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib12.05.2026 - 17:05
Rusiyada məktəbdə silahlı insident baş verib12.05.2026 - 17:00
“Startup School 4” çərçivəsində təlim və infosessiya keçirilib12.05.2026 - 16:55
Pilotsuz laboratoriya fəaliyyətə başladı: robotlar iş başında12.05.2026 - 16:45
“Müasir metodist” layihəsi üzrə müsahibə mərhələsi davam edir12.05.2026 - 16:35
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır12.05.2026 - 16:25
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb12.05.2026 - 16:15
IV və VI siniflər üçün monitorinqin çərçivə sənədi təqdim edildi12.05.2026 - 16:05
460 uşağın dərsə davamiyyəti bərpa olunub12.05.2026 - 16:00
Şəhid övladı imtahanda yüksək nəticə göstərdi12.05.2026 - 15:50
AzTU komandası “Game Summit 2026”nın qalibi olub12.05.2026 - 15:40
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək12.05.2026 - 15:30
Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib12.05.2026 - 15:20
Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət12.05.2026 - 15:10
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər12.05.2026 - 15:00
Ankarada Azərbaycan və Türkiyənin teatr sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib12.05.2026 - 14:45
Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub12.05.2026 - 09:57
Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi12.05.2026 - 09:46