Təhsil 365 - Logo Mobile

ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib

7312.05.2026 - 18:08
ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq elmi platformalarda nüfuzunun artırılması və qlobal şəbəkələşmə strategiyasının uğurlu davamı olaraq, universitet BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (Sustainable Development Solutions Network – SDSN) rəsmi üzvlüyünə qəbul edilib.

“Tehsil365" xəbər verir ki, bu mühüm nailiyyətin strateji əhəmiyyətini artıran əsas məqam isə ADAU-nun həmin qurumun Şəbəkələr üzrə Strategiya Şurasının (Networks Strategy Council) tərkibinə seçilməsidir.

BMT-nin sabiq Baş katibi Pan Gi Munun təşəbbüsü ilə 2012-ci ildə təsis edilmiş SDSN-in yaradılmasında əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) və Paris İqlim Sazişinin icrası istiqamətində qlobal elmi və texniki təcrübəni səfərbər etməkdir. Hazırda dünyaşöhrətli iqtisadçı professor Ceffri Saksın rəhbərlik etdiyi bu mötəbər təşkilat 150-dən çox ölkədə fəaliyyət göstərən 1900-dən artıq universiteti, tədqiqat mərkəzini və dövlət institutlarını özündə birləşdirən nəhəng bir intellektual şəbəkədir. Təşkilat fəaliyyət göstərdiyi dövr ərzində akademik biliklərin praktiki həllərə çevrilməsi, dayanıqlı kənd təsərrüfatı, yaşıl iqtisadiyyat və ekoloji tarazlığın qorunması sahəsində qlobal dialoqun əsas mərkəzlərindən biridir.

Bu üzvlük ADAU üçün təkcə beynəlxalq tərəfdaşlıq imkanı deyil, həm də universitetin elmi-pedaqoji potensialının qlobal müstəvidə reallaşdırılması üçün geniş perspektivlər açır. Strategiya Şurasında təmsil olunmaq universitetə dayanıqlı inkişaf sahəsində qlobal gündəliyin müəyyənləşdirilməsində və strateji qərarların qəbulu prosesində yaxından iştirak etmək hüququ verir. Bu platforma vasitəsilə ADAU-nun alim və tədqiqatçıları dünyanın aparıcı universitetləri ilə birgə layihələrdə iştirak etmək, qlobal qrant proqramlarına çıxış əldə etmək və kənd təsərrüfatında tətbiq olunan ən son texnoloji innovasiyaları ölkəmizə transfer etmək imkanı qazanacaqlar. Eyni zamanda, bu tərəfdaşlıq universitetin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsinə və qlobal akademik icmada tanınmasına birbaşa müsbət təsir göstərəcəkdir.

Qeyd edək ki, SDSN-in üzvü və Strategiya Şurasının tərəfdaşı olmaq ADAU-nun dayanıqlı gələcək naminə üzərinə götürdüyü öhdəliklərin beynəlxalq səviyyədə təsdiqidir. Bu uğur universitetin strateji inkişaf planına uyğun olaraq, müasir aqrar təhsilin və elmin inkişafı yolunda atılmış mühüm addım olmaqla yanaşı, Azərbaycanın qlobal dayanıqlı inkişaf hədəflərinə verdiyi töhfənin bariz nümunəsidir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Doqquzuncu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı başlayır12.05.2026 - 19:57
Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə Bursada “Qaynana” filmi nümayiş olunub12.05.2026 - 19:52
Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir12.05.2026 - 19:45
Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti12.05.2026 - 19:36
MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur12.05.2026 - 19:28
Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa12.05.2026 - 19:21
“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat12.05.2026 - 19:15
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib12.05.2026 - 19:08
BDU-da altıncı ixtisaslaşmış Karyera Sərgisi təşkil edilib12.05.2026 - 18:56
“Gənc tədqiqatçılar” konfransı: ADAU-nun əczaçı tələbələri biliklərini nümayiş etdiriblər12.05.2026 - 18:48
“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb12.05.2026 - 18:36
Bakıda fitoterapiya sahəsində yenilik – “Təbiətin gizli hikməti” kitabı işıq üzü görüb12.05.2026 - 18:28
III Türk Dünyası Gənc Akademiklərinin Beynəlxalq Konqresi işə başlayıb12.05.2026 - 18:16
AzTU komandası “Game Summit 2026”nın qalibi oldu12.05.2026 - 17:56
NDU-da Magistrantların XV Regional Konfransı təşkil olunub12.05.2026 - 17:55
Mətbuat Şurası medianı həssas olmağa çağırdı12.05.2026 - 17:50
AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda12.05.2026 - 17:48
MEDİA onlayn media üçün müsabiqə elan etdi 12.05.2026 - 17:45
Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib12.05.2026 - 17:45
Azərbaycan mediası reallıqları dünyaya düzgün çatdırmalıdır12.05.2026 - 17:40
MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub12.05.2026 - 17:36
“Məktəbli Qızlar” turnirinə yekun vurulub12.05.2026 - 17:35
İlham Əliyevin sülh strategiyası - MEDİA-da müzakirə oldu12.05.2026 - 17:35
Təhsil İnstitutu 4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlayıb12.05.2026 - 17:28
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında uğur qazanıb12.05.2026 - 17:25
BDU əməkdaşı İntizam Qarayev vəfat edib🥀12.05.2026 - 17:20
İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar12.05.2026 - 17:16
Qarabağ Universiteti mühəndis kadr hazırlığının əsas mərkəzlərindən birinə çevrilir12.05.2026 - 17:15
Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat12.05.2026 - 17:06
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib12.05.2026 - 17:05
Rusiyada məktəbdə silahlı insident baş verib12.05.2026 - 17:00
“Startup School 4” çərçivəsində təlim və infosessiya keçirilib12.05.2026 - 16:55
Pilotsuz laboratoriya fəaliyyətə başladı: robotlar iş başında12.05.2026 - 16:45
“Müasir metodist” layihəsi üzrə müsahibə mərhələsi davam edir12.05.2026 - 16:35
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır12.05.2026 - 16:25
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb12.05.2026 - 16:15
IV və VI siniflər üçün monitorinqin çərçivə sənədi təqdim edildi12.05.2026 - 16:05
460 uşağın dərsə davamiyyəti bərpa olunub12.05.2026 - 16:00
Şəhid övladı imtahanda yüksək nəticə göstərdi12.05.2026 - 15:50
AzTU komandası “Game Summit 2026”nın qalibi olub12.05.2026 - 15:40
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək12.05.2026 - 15:30
Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib12.05.2026 - 15:20
Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət12.05.2026 - 15:10
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər12.05.2026 - 15:00
Ankarada Azərbaycan və Türkiyənin teatr sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib12.05.2026 - 14:45
Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub12.05.2026 - 09:57
Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi12.05.2026 - 09:46