Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Şimali Kipr Türk Respublikasında keçirilən 3-cü “Yerli Qlobal Əməkdaşlıq Görüşləri”ndə iştirak edir.
MEK-dən “Tehsil365"ə bildirilib ki, beynəlxalq forum Türkiyənin “Hiperlink”, EBSCO və “Aicoor Bilgi Teknolojileri” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilir.
Toplantıda kitabxanalarda süni intellektin axtarış sistemlərinə tətbiqi, eləcə də Türkiyə verilənlər bazasının türk ölkələri üçün daha əlçatan edilməsi məsələləri müzakirə olunur. Bununla yanaşı, rəqəmsal kitabxana xidmətlərinin inkişafı, beynəlxalq informasiya mübadiləsi və elmi resursların inteqrasiyası istiqamətində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılır.
Forumda müxtəlif ölkələrdən elm, təhsil və informasiya texnologiyaları sahələrinin nümayəndələri iştirak edirlər.

