Təhsil 365 - Logo Mobile

Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət

11612.05.2026 - 15:10
Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət

Mayın 12-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Türk dillərinin tibbi terminoloji lüğətləri” adlı ikicildlik nəşrin təqdimatı keçirilib.

“Tehsil365“ xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında tibbi terminologiyanın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu sahə ən qədim terminologiya sahələrindən biridir. Əsasən latın və yunan dillərinə söykənsə də, zamanla beynəlxalq elmi mühitdə formalaşaraq tibb elminin və praktik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. O vurğulayıb ki, bu terminlər olmadan nə tibbi təcrübəni, nə də elmi nailiyyətləri təsəvvür etmək mümkündür.

Akademik qeyd edib ki, ayrı-ayrı terminlərin mahiyyətini anlamaq üçün bəzən uzunmüddətli araşdırmalar tələb olunur. Terminologiya sahəsində fərqli və bəzən ziddiyyətli yanaşmaların mövcudluğu isə bu sahənin mürəkkəbliyini göstərir. Bu səbəbdən terminlərin düzgün, dəqiq və vahid şəkildə işlədilməsi xüsusi əhəmiyyət daşıyır.

Ə. Əmiraslanov lüğətin hazırlanmasını çətin və məsuliyyətli proses kimi dəyərləndirərək nəşri mühüm elmi hadisə adlandırıb və bu işdə əməyi olanlara təşəkkürünü bildirib.

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev qeyd edib ki, ortaq terminoloji məkanın formalaşdırılması türk ölkələrinin intellektual inteqrasiyası üçün əsas istiqamətlərdən biridir. O bildirib ki, Akademiya bu istiqamətdə müxtəlif sahələr üzrə terminoloji lüğətlərin hazırlanmasını ardıcıl şəkildə həyata keçirir və təqdim olunan nəşr də bu fəaliyyətin davamıdır.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Terminologiya Komissiyası sədrinin müavini Sayalı Sadıqova, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, eləcə də Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Azərbaycandakı səfirləri və digər natiqlər çıxış ediblər.

Vurğulayıb ki, bu nəşr Türk dünyasında tibbi terminologiyanın sistemləşdirilməsi baxımından tarixi və mühüm elmi hadisədir. Bildirilib ki, lüğət müxtəlif türk dillərində yazılmış tibbi mətnlərin daha asan anlaşılmasına, eləcə də süni intellekt əsaslı tərcümə sistemlərinin inkişafına töhfə verəcəkdir.

Qeyd edilib ki, iki cilddən ibarət nəşrdə 8000-ə yaxın tibbi termin 11 dildə təqdim olunub. Terminlər əvvəlcə ingilis və rus dillərində, daha sonra isə Azərbaycan, başkırt, qazax, qarakalpak, qırğız, özbək, tatar, türk və türkmən dillərində verilib.

Kitab Türk Akademiyasının təşkilatçılığı, Azərbaycan Terminologiya Komissiyasının dəstəyi və 31 müəllifin iştirakı ilə hazırlanıb. Nəşrin əsasını azərbaycanlı alimlər – Nuru Bayramov, Əhliman Əmiraslanov və Çingiz Rəhimov tərəfindən tərtib edilmiş terminlər təşkil edib.

Mehriban İbadova

Xəbər Lenti

Oğuzda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTO01.07.2026 - 06:01
Tarixçilər BDU-nun tarixi ilə bağlı mühüm sənəd paylaşdılar30.06.2026 - 16:35
Bakı Slavyan Universiteti təkrar ali təhsil üzrə tələbə qəbulu elan edib29.06.2026 - 06:07
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"25.06.2026 - 17:00
BSU beynəlxalq reytinqdə irəliləyib25.06.2026 - 09:00
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR24.06.2026 - 07:23
İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06