Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən metodik xidmət çərçivəsində “Müasir metodist” layihəsi üzrə müsahibə mərhələsi davam edir.
“Tehsil365“ xəbər verir ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən müraciət edən müəllimlər üçün canlı müsahibələr təşkil olunur. Müsahibələr zamanı namizədlər problem həll etmə, özünü təqdimetmə, əməkdaşlıq, liderlik, peşəkar inkişaf, ünsiyyət, metodik və pedaqoji savadlılıq meyarları, eləcə də təqdim etdikləri gündəlik planlaşdırma nümunəsi əsasında qiymətləndirilirlər.
Qeyd edək ki, növbəti günlərdə üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyən namizədlər üçün təkrar müsahibə mərhələsinin təşkili nəzərdə tutulur.

