Təhsil 365 - Logo Mobile

Qarabağ Universiteti mühəndis kadr hazırlığının əsas mərkəzlərindən birinə çevrilir

9712.05.2026 - 17:15
Qarabağ Universiteti mühəndis kadr hazırlığının əsas mərkəzlərindən birinə çevrilir

Qarabağ Universitetinin Mühəndislik fakültəsi regionun inkişafına töhfə verəcək gənc mütəxəssislərin yetişdiyi əsas mərkəzlərdən birinə çevrilməkdədir. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri fonunda mühəndislik ixtisaslarına olan tələbatın artması bu fakültənin əhəmiyyətini daha da artırır. Müasir tədris infrastrukturu, innovativ yanaşmalar və praktikyönümlü hazırlıq sistemi burada təhsil alan tələbələrin peşəkar bacarıqlar qazanmalarına imkan yaradır. Bu isə fakültənin regionun gələcək inkişafında mühüm rol oynayacaq ixtisaslı kadr bazasının formalaşmasına xidmət etməsinə şərait yaradır.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsində yaradılan müasir tədris mühiti ilə tanış olub, müəllim və tələbələrin təhsil prosesi ilə bağlı fikirlərini öyrənib. Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə müəllimi Orxan Həsənli bildirib ki, uğurlu karyera düzgün ixtisas seçimindən başlayır. Onun sözlərinə görə, universitetdə tətbiq olunan müasir tədris yanaşmaları tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasına imkan yaradır: “Müasir və innovativ təhsil proqramları, peşəkar professor-müəllim heyəti, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar bizə imkan verir ki, tələbələri yalnız nəzəri deyil, həm də praktik istiqamətdə, hazır mütəxəssis olaraq yetişdirək. Mühəndislik fakültəsinin növbəti tədris ilində istifadəyə veriləcək tədris binası bizə bunun üçün daha geniş imkanlar yaradır. İnşaat mühəndisliyi ixtisası üzrə tələbələrin fakültənin yeni binasının tikintisində təcrübəyə cəlb olunması təhsil ilə istehsalat arasında əlaqənin gücləndirilməsinin göstəricisidir”.

Müəllim əlavə edib ki, universitetdə tələbələrin praktik bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir və bu məqsədlə müxtəlif layihələr və real istehsalat mühiti ilə əlaqəli tədris imkanları yaradılır. Fakültədə tələbələrlə müəllimlər arasında əməkdaşlıq yalnız auditoriya çərçivəsi ilə məhdudlaşmır. Onlar birgə layihələrdə iştirak edir, müxtəlif yarışlara hazırlaşır, dərsdənkənar fəaliyyətlə məşğul olurlar.

O vurğulayıb ki, Qarabağın bərpa və yenidənqurma mərhələsində olması tələbələr üçün əlavə imkanlar yaradır. Onlar məzun olduqdan sonra bu proseslərdə bilavasitə iştirak edərək həm regionun inkişafına töhfə verə, həm də ixtisasları üzrə peşəkar fəaliyyət göstərə biləcəklər.

Fakültədə tələbələrin praktiki hazırlığına xüsusi önəm verildiyi üçün laboratoriya mühiti bu prosesdə mühüm rol oynayır. Fizika və elektrik-elektronika müəllimi Nərgiz Xəlilova bildirib ki, fizika mühəndislik elmlərinin təməlini təşkil edir və bu fənnin dərindən mənimsənilməsi gələcək mütəxəssislər üçün vacib şərtdir: “Biz tələbələrə fizikanı sadəcə kitablardan, nəzəriyyələrdən öyrətmirik. Müasir cihazlarla təchiz olunmuş fizika laboratoriyasında tələbələr qanunları, düsturları özləri sınaqdan keçirirlər. Laboratoriya masası tələbənin ilk tədqiqat meydanına çevrilir. Çünki biz inanırıq ki, mühəndislik görmək və toxunmaqla başlayır”.

N.Xəlilova deyib ki, laboratoriyada əldə olunan təcrübələr tələbələrin elmi fəaliyyətinə də ciddi təsir göstərir. Tələbələr əldə etdikləri biliklər və laboratoriya avadanlıqlarından istifadə edərək hazırladıqları layihələrlə müxtəlif yerli və beynəlxalq yarışmalarda iştirak edir və uğurlar qazanırlar.

Müasir tədris mühiti və geniş imkanlar Qarabağ Universitetini gənclər üçün cəlbedici məkana çevirir. Öz gələcəyini burada qurmağa qərar verən gənclərdən biri də data analitikası ixtisası üzrə təhsil alan Qubaxanım Əliyevadır. O bildirib ki, Qarabağ Universitetində təhsil almaq onun məqsədyönlü seçimi olub: “Əslən Sabirabad rayonundanam. Atam həmişə mənə deyirdi ki, əgər bir işin dalınca gedəcəksənsə, o işin mütəxəssisi olmalısan. Mən də yaxşı təhsil almaq üçün Qarabağ Universitetini seçdim. Qərarımı ailəmə bildirdikdə mənə dəstək oldular”.

O nun sözlərinə görə, universitetə qəbul olunduqdan sonra seçimində yanılmadığına əmin olub. Dərslərin və praktik məşğələlərin tələbələrin inkişafına geniş imkanlar yaratdığını bildirən Qubaxanım Əliyeva əlavə edib ki, müəllimlərlə tələbələr arasında səmimi və effektiv kommunikasiya mövcuddur. Yataqxanada tələbələrin birgə dərs hazırlaması üçün lazımi şərait yaradılıb. Universitetdə xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirilir. O, gələcəkdə təhsilini magistratura səviyyəsində davam etdirməyi və ixtisası üzrə daha da inkişaf etməyi qarşısına məqsəd qoyduğunu qeyd edib.

Beləliklə, Qarabağ Universitetinin Mühəndislik fakültəsi yalnız müasir bilik və bacarıqlara malik mütəxəssislər yetişdirmir, eyni zamanda, Qarabağın gələcək inkişafında iştirak edəcək gənclərin formalaşmasına töhfə verir. Burada yaradılan müasir tədris mühiti, praktik hazırlıq imkanları və innovativ yanaşmalar tələbələrin həm peşəkar, həm də şəxsi inkişafına geniş şərait yaradır. Regionun yenidənqurma və inkişaf mərhələsində mühəndislik sahəsinə artan ehtiyac fonunda fakültə gələcəyin ixtisaslı kadr bazasının formalaşdırılmasında mühüm rol oynayır.

Mehriban İbadova

Xəbər Lenti

Doqquzuncu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı başlayır12.05.2026 - 19:57
Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə Bursada “Qaynana” filmi nümayiş olunub12.05.2026 - 19:52
Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir12.05.2026 - 19:45
Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti12.05.2026 - 19:36
MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur12.05.2026 - 19:28
Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa12.05.2026 - 19:21
“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat12.05.2026 - 19:15
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib12.05.2026 - 19:08
BDU-da altıncı ixtisaslaşmış Karyera Sərgisi təşkil edilib12.05.2026 - 18:56
“Gənc tədqiqatçılar” konfransı: ADAU-nun əczaçı tələbələri biliklərini nümayiş etdiriblər12.05.2026 - 18:48
“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb12.05.2026 - 18:36
Bakıda fitoterapiya sahəsində yenilik – “Təbiətin gizli hikməti” kitabı işıq üzü görüb12.05.2026 - 18:28
III Türk Dünyası Gənc Akademiklərinin Beynəlxalq Konqresi işə başlayıb12.05.2026 - 18:16
ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib12.05.2026 - 18:08
AzTU komandası “Game Summit 2026”nın qalibi oldu12.05.2026 - 17:56
NDU-da Magistrantların XV Regional Konfransı təşkil olunub12.05.2026 - 17:55
Mətbuat Şurası medianı həssas olmağa çağırdı12.05.2026 - 17:50
AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda12.05.2026 - 17:48
Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib12.05.2026 - 17:45
MEDİA onlayn media üçün müsabiqə elan etdi 12.05.2026 - 17:45
Azərbaycan mediası reallıqları dünyaya düzgün çatdırmalıdır12.05.2026 - 17:40
MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub12.05.2026 - 17:36
İlham Əliyevin sülh strategiyası - MEDİA-da müzakirə oldu12.05.2026 - 17:35
“Məktəbli Qızlar” turnirinə yekun vurulub12.05.2026 - 17:35
Təhsil İnstitutu 4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlayıb12.05.2026 - 17:28
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında uğur qazanıb12.05.2026 - 17:25
BDU əməkdaşı İntizam Qarayev vəfat edib🥀12.05.2026 - 17:20
İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar12.05.2026 - 17:16
Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat12.05.2026 - 17:06
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib12.05.2026 - 17:05
Rusiyada məktəbdə silahlı insident baş verib12.05.2026 - 17:00
“Startup School 4” çərçivəsində təlim və infosessiya keçirilib12.05.2026 - 16:55
Pilotsuz laboratoriya fəaliyyətə başladı: robotlar iş başında12.05.2026 - 16:45
“Müasir metodist” layihəsi üzrə müsahibə mərhələsi davam edir12.05.2026 - 16:35
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır12.05.2026 - 16:25
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb12.05.2026 - 16:15
IV və VI siniflər üçün monitorinqin çərçivə sənədi təqdim edildi12.05.2026 - 16:05
460 uşağın dərsə davamiyyəti bərpa olunub12.05.2026 - 16:00
Şəhid övladı imtahanda yüksək nəticə göstərdi12.05.2026 - 15:50
AzTU komandası “Game Summit 2026”nın qalibi olub12.05.2026 - 15:40
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək12.05.2026 - 15:30
Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib12.05.2026 - 15:20
Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət12.05.2026 - 15:10
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər12.05.2026 - 15:00
Ankarada Azərbaycan və Türkiyənin teatr sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib12.05.2026 - 14:45
Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub12.05.2026 - 09:57
Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi12.05.2026 - 09:46