Təhsil 365 - Logo Mobile

NDU-da Magistrantların XV Regional Konfransı təşkil olunub

9712.05.2026 - 17:55
NDU-da Magistrantların XV Regional Konfransı təşkil olunub

Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə, 2026-cı il – “Şəhərsalma və Memarlıq İli”nə və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illiyinə həsr olunmuş Magistrantların XV Regional Konfransı təşkil olunub.

“Tehsil365“ xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucaldılan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.

Konfransa başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

NDU-nun rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq ATMU kollektivini 20 illik münasibətilə təbrik edib, bu konfransın birgə keçirilməsinin mövcud əməkdaşlığın daha da genişlənməsinə mühüm töfhə verəcəyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq bildirib ki, NDU məhz Ulu Öndərin dəstəyi ilə təsis olunub. Ümummilli Liderin NDU-nun Fəxri Doktoru olduğunu vurğulayan rektor bildirib ki, onun  adına və ideyalarına layiq fəaliyyət göstərmək, müəyyənləşdirdiyi inkişaf strategiyasını təhsil və elm sahəsində uğurla davam etdirmək universitetin əsas prioritet istiqamətlərindən biridir.

Təkcə 2025-ci ildə universitetin 250-dən çox işçi qəbulu etdiyini vurğulayan rektor, yeni işə qəbul olunanların əksəriyyətinin NDU-nun magistrantları olduğunu bildirib. Elmi-analitik düşüncəyə malik tədqiqatçı gənclərin yetişməsində magistratura təhsilinin önəmindən,  son illərdə təhsilin bu pilləsinə marağın artmasından danışıb. Bildirib ki, universitetdə maddi-texniki bazanın gücləndirilməsi, müasir laboratoriya və tədris imkanlarının yaradılması magistrantlar üçün yeni imkanlar açır.

ATMU-nun rektoru İlham Mədətov çıxışında bildirib ki, Ulu Öndərin 103 illiyinə həsr olunmuş bu konfrans yalnız elmi platforma deyil, eyni zamanda Ulu Öndərin zəngin dövlətçilik irsinin, milli inkişaf strategiyasının və azərbaycançılıq ideologiyasının təbliği baxımından mühüm əhəmiyyət daşıyan tədbirdir.

Çıxışında Azərbaycanda turizm sahəsinin inkişafına toxunan rektor qeyd edib ki, 1990-cı illərdə ölkədə siyasi sabitliyin təmin olunması ilə turizm sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub, bu sahədə mühüm dövlət proqramları və strateji layihələr həyata keçirilib. Azərbaycanın zəngin tarixi-mədəni irsi, təbii gözəllikləri və milli dəyərləri beynəlxalq miqyasda daha geniş tanıdılıb, nəticədə ölkənin beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib.

NDU Magistratura və Doktorantura Mərkəzinin direktoru Çapay Quliyev Naxçıvan Dövlət Universitetində magistr hazırlığının keyfiyyətinin yüksəldilməsi və elmi-tədqiqat mühitinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, son illərdə universitetdə magistratura səviyyəsində 4 yeni ixtisas üzrə qəbul aparılıb, 2027–2028-ci tədris ili üçün isə 30-a yaxın yeni və perspektivli ixtisasın açılması nəzərdə tutulur. Tədris proqramlarına yeni fənlər daxil edilir, tədrisi ingilis dilində olan ixtisasların sayı artırılır, ikili diplom proqramlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Çıxış zamanı bildirilib ki, elmi tədqiqatların stimullaşdırılması magistr hazırlığında əsas keyfiyyət amillərindən biridir. Bu məqsədlə magistrantlar üçün müxtəlif kurslar, təlimlər və akademik seminarlar təşkil olunur. Universitetdə 30-dan çox əcnəbi professor və elmi məsləhətçi magistrantların tədqiqat fəaliyyətinə dəstək göstərir. Həmçinin bu il magistraturada  tədris prosesinə 15-ə yaxın xarici professor cəlb olunub.

Daha sonra ATMU-nun müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Çinarə İmamverdiyevanın “Heydər Əliyev və Azərbaycan Turizmi”, NDU-nun “İnkişaf psixologiyası” üzrə I kurs magistrantı Həcər Ələsgərovanın “Valideyn gözləntiləri və gənclərin peşə seçimi arasında konflikt: nəzəri yanaşmalar və psixoloji determinatlar” mövzusunda məruzələri dinlənilib.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Mübariz Əsgərovun bədii rəhbərliyi ilə II kurs magistrantların ifasında müxtəlif musiqi nömrələri ifa edilib.

Qeyd edək ki, üz-üzə və onlayn formatda təşkil olunan konfransda 2 gün ərzində 7 istiqamət üzrə 14 bölmədə 19 elm-təhsil müəssiəsindən 134 magistrantın 106 məruzəsi təqdim olunub.

Mehriban İbadova

Xəbər Lenti

Doqquzuncu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı başlayır12.05.2026 - 19:57
Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə Bursada “Qaynana” filmi nümayiş olunub12.05.2026 - 19:52
Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir12.05.2026 - 19:45
Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti12.05.2026 - 19:36
MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur12.05.2026 - 19:28
Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa12.05.2026 - 19:21
“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat12.05.2026 - 19:15
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib12.05.2026 - 19:08
BDU-da altıncı ixtisaslaşmış Karyera Sərgisi təşkil edilib12.05.2026 - 18:56
“Gənc tədqiqatçılar” konfransı: ADAU-nun əczaçı tələbələri biliklərini nümayiş etdiriblər12.05.2026 - 18:48
“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb12.05.2026 - 18:36
Bakıda fitoterapiya sahəsində yenilik – “Təbiətin gizli hikməti” kitabı işıq üzü görüb12.05.2026 - 18:28
III Türk Dünyası Gənc Akademiklərinin Beynəlxalq Konqresi işə başlayıb12.05.2026 - 18:16
ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib12.05.2026 - 18:08
AzTU komandası “Game Summit 2026”nın qalibi oldu12.05.2026 - 17:56
Mətbuat Şurası medianı həssas olmağa çağırdı12.05.2026 - 17:50
AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda12.05.2026 - 17:48
Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib12.05.2026 - 17:45
MEDİA onlayn media üçün müsabiqə elan etdi 12.05.2026 - 17:45
Azərbaycan mediası reallıqları dünyaya düzgün çatdırmalıdır12.05.2026 - 17:40
MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub12.05.2026 - 17:36
İlham Əliyevin sülh strategiyası - MEDİA-da müzakirə oldu12.05.2026 - 17:35
“Məktəbli Qızlar” turnirinə yekun vurulub12.05.2026 - 17:35
Təhsil İnstitutu 4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlayıb12.05.2026 - 17:28
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında uğur qazanıb12.05.2026 - 17:25
BDU əməkdaşı İntizam Qarayev vəfat edib🥀12.05.2026 - 17:20
İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar12.05.2026 - 17:16
Qarabağ Universiteti mühəndis kadr hazırlığının əsas mərkəzlərindən birinə çevrilir12.05.2026 - 17:15
Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat12.05.2026 - 17:06
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib12.05.2026 - 17:05
Rusiyada məktəbdə silahlı insident baş verib12.05.2026 - 17:00
“Startup School 4” çərçivəsində təlim və infosessiya keçirilib12.05.2026 - 16:55
Pilotsuz laboratoriya fəaliyyətə başladı: robotlar iş başında12.05.2026 - 16:45
“Müasir metodist” layihəsi üzrə müsahibə mərhələsi davam edir12.05.2026 - 16:35
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır12.05.2026 - 16:25
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb12.05.2026 - 16:15
IV və VI siniflər üçün monitorinqin çərçivə sənədi təqdim edildi12.05.2026 - 16:05
460 uşağın dərsə davamiyyəti bərpa olunub12.05.2026 - 16:00
Şəhid övladı imtahanda yüksək nəticə göstərdi12.05.2026 - 15:50
AzTU komandası “Game Summit 2026”nın qalibi olub12.05.2026 - 15:40
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək12.05.2026 - 15:30
Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib12.05.2026 - 15:20
Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət12.05.2026 - 15:10
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər12.05.2026 - 15:00
Ankarada Azərbaycan və Türkiyənin teatr sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib12.05.2026 - 14:45
Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub12.05.2026 - 09:57
Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi12.05.2026 - 09:46