Bakı Dövlət Universitetinin (BDU) Təsərrüfatın idarəolunması departamentinin Xidmətlərin təşkili şöbəsinin Kommunal və kommunikasiya xidmətləri sektorunun ocaqçısı İntizam Qarayev dünyasını dəyişib.
1968-ci il təvəllüdlü İ.Qarayev 2011-ci ildən etibarən BDU-da çalışırdı. Universitet rəhbərliyi və kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

